Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Dövlət Turizm Agentliyi Tahir Əmiraslanovun vəzifədən çıxarılmasına münasibət bildirib

Baxılıb: 637     Tarix: 18-05-2022 13:13   

Dövlət Turizm Agentliyi Tahir Əmiraslanovun Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsindən çıxarılmasına münasibət bildirib.
Agentliyin sədr müavini Azadə Hüseynova "Report"un sualına cavab olaraq bildirib ki, kadr dəyişikliyi ilə bağlı fikirlər müxtəlifdir.
Onun sözlərinə görə, Tahir Əmiraslanov Azərbaycan kulinariyası üçün əməyi keçən kadrlandandır:
"Bu gün və bundan əvvəl də ölkə kulinariyasına töhfəsini verən hər bir şəxslə işləməyə hazırıq və işləyirik. Bu istiqamətdə işlərimizi davam etdiririk. Orxan Fikrətoğlunun təyinatına gəlincə, bizim üçün önəmli Azərbaycan turizminin dünyada lazımi səviyyədə təbliğ olunmasıdır. Çünki istənilən sahənin inkişafında təbliğatın böyük rolu var. Hesab edirəm ki, Orxan Fikrətoğlunun da bu sahədə kifayət qədər təcrübəsi var və bizə dəstəyini göstərəcək. Artıq onun gördüyü işlər göz qabağındadır. Bu sahədə olan digər mütəxəssislərə də qapımız hər zaman açıqdır".
"Bu gün də Tahir Əmiraslanovla əməkdaşlığı davam etdiririk. Çünki o, bu sahədə ekspertdir. Nəinki Tahir Əmiraslanovla, eləcə də xarici ekspertlərlə əməkdaşlıq çərçivəsində fəaliyyətimiz davam etdiriləcək" - sədr müavini əlavə edib.

Qanunvehedef.azшаблоны для dle 11.2