Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Həcc ziyarətinə gedən vətəndaşlarımızdan tələb olunacaq peyvəndlərin adı AÇIQLANIB

Baxılıb: 257     Tarix: 19-05-2022 14:00   

Bu il Azərbaycandan həcc ziyarətinə gedən şəxslərdən koronavirus əleyhinə hansı peyvəndin tələb olunacağı açıqlanıb.
Qafqaz Müsəlmanları İdarəsindən Oxu.Az-a bildirilib ki, ölkəmizdə COVID-19 əleyhinə istifadə olunan bütün peyvəndlər Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi tərəfindən qəbul edilir.
QMİ-yə daxil olan məktubda peyvəndlərin adları təqdim olunub.
Həmin sənədlərdə Azərbaycanda istifadə olunan "SinoVac", "Pfizer/Biontech", "Sputnik", "AstraZeneca" peyvəndlərinin adları var. Peyvənd olunan 65 yaşa qədər insanlar həcc ziyarətinə gedə biləcəklər.
Belə ki, səfərə gedən zəvvarlar COVID-19-a qarşı ən azı iki doza peyvənd olunmalıdırlar və peyvənd sertifikatının bitmə vaxtı altı ay olmalıdır.
Məsələn, bir şəxs həcc ziyarətinə gedirsə, onun səfərə başladığı zamandan sonra COVID-19 pasportunun bitmə müddətinə dörd, beş ay qalacaqsa, o gedə bilməyəcək.
Azərbaycana ayrılan kvota və qiymətlər yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, 2020-2021-ci illərdə Azərbaycandan pandemiya ilə əlaqədar həcc ziyarətinə gedən olmayıb. 2019-cu ildə həcc ziyarətinin qiyməti 4 285 ABŞ dolları təşkil edib. Qiymətə təyyarə biletləri, hotel xərcləri, gündəlik yemək, nəqliyyat, Ərəfat və Minada qurulan çadırların pulları daxil idi.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar