Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Mir Cəlal kəndinin uşaq bağçasının manifesti

Baxılıb: 704     Tarix: 24-05-2022 11:06   

Saatlı rayonunda 22 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Rəsmi məlumata görə, bu müəssisələrdə 1500-ə yaxın uşaq tərbiyə alır. Rayonun tələbatını nəzərə alaraq, Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə rayon mərkəzində yeni məktəbəqədər təhsil müəssisəsiləri üçün binalar inşa edilib. Həmin binaların otaqlarında balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bütün imkanlar yaradılıb. Bundan başqa, uşaqların asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkili üçün də hərtərəfli şərait mövcuddur. Tibb otağı, yeməkxana, mətbəx, camaşırxana və digər müxtəlif təyinatlı otaqlar var. Körpələr evi-uşaq bağçaları metodiki kabinet, oyun və musiqi zalları zəruri avadanlıqla təchiz edilib. Binaların ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Həyətlərdə uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksionlar quraşdırılıb.Ancaq Saatlı şəhərində faəliyyət göstərənlər istisna olmaqla, rayonun bəzi kəndlərindəki uşaq müəssisələrinin vəziyyətini qənaətbəxş hesab etmək olmaz. Məsələn, rayonun Mircəlal kənd Körpələr Evi – Uşaq Bağçasının binası yararsız haldadır, divarları və tavanı çatlayıb, yenisinin tikilməsinə ehtiyac vardır. Bu barədə əməkdaşımıza bağçanın müdirəsi Qafarova Rəqiyyə Savalan qızı danışıb.
Dediklərindən: “Dövlətimiz bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə yüksək diqqət göstərir. Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına dövlət tərəfindən həyata keçirilən proqramlarla yanaşı, Heydər Əliyev Fondu da xüsusi töhfə verir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan çox mühüm rol oynayır. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Fondun təhsillə bağlı fəaliyyət müstəvisində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb. Həyata keçirilən bütün bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqli nəticəsidir. Ancaq təəssüf ki, bəzən ucqar kəndlərdə uşaq müəssisələri diqqətdən kənarda qalır. Yaxşı olardı ki, rayon rəhbərliyi, əlaqədar qurumlar bu işlə ciddi məşğul olsunlar”.
Ali təhsilli, pedaqoji fəaliyyətdə 35 illik təcrübəyə malik, “Tərəqqi” medallı Rəqiyyə müəllimə, onun rəhbərlik etdiyi kollektiv daxili imkanları səfərbər edərək var gücü ilə çalışırlar ki, şərait sarıdan mövcud olan çatışmazlıqlar işlərinə mənfi təsir göstərməsin, əsas vəzifələrinin – uşaqlara tərbiyə vermək vəzifələrinə mane olmasın. Bu müəssisədə davamiyyət çox yüksəkdir. Buradan orta məktəbə yollanan uşaqlar bir qayda olaraq fəallıqları, fənləri yaxşı mənimsəmələri ilə seçilirlər. Onlarda - cəmiyyətə sosial uyğunlaşma; birgəfəaliyyət və ünsiyyət mədəniyyəti; müstəqillik, məsuliyyət və cavabdehlik hissi, öz qüvvəsinə inam, iradi xüsusiyyətlər; müstəqil öyrənmə və sərbəst qərar qəbuletmə meylinin təşəkkülü; ətraf aləmin dərk olunması, təbiətə və insanlara həssas münasibət; bədii-estetik və yaradıcı dünyagörüşü; sağlamlığın qorunması istiqamətində gigiyenik bacarıqlar; özünün və digərlərinin hüquqlarına hörmət hissinin ilkin səviyyədə formalaşması təmin olunur.
Rəqiyyə Qafarovanın öz işinə məhəbbətinin təzahürü idi ki, əməkdaşlarımızın bağçanı ziyarət etdukləri gün müəssisə rəhbəri öz ad gününü iş başında, uşaqlarla birgə qeyd edirdi. Rəqiyyə müəlliməni təbrik edir, ona uzun ömür, can sağlığı, işlərində müvəffəqiyyətlər arzu edirik. Ümid edirik ki, rəhbərlik etdiyi müəssisədə təlim-tərbiyə alan balaca fidanlar onun növbəti ad gününü yeni inşa olunacaq binada qeyd edəcəklər.

Əlifağa Məmmədov
Elxan Niftəliyev


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar