Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Mil – Muğan Regional Təhsil İdarəsinin fəaliyyətinin səmərəli olacağına inam böyükdür

Baxılıb: 844     Tarix: 24-05-2022 09:54   

Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 27 dekabr tarixli 1251 nömrəli və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2014-cü il 24 iyul tarixli 664 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə  20 dekabr 2021-ci il tarixli müvafiq sərəncamı ilə rayon və şəhər təhsil şöbələrinin (idarələrin) əsasında 12 regional təhsil idarəsi yaradılıb. 2022-ci ilin 1-ci rübündə müvafiq yerli təhsil şöbə və idarələrin balansındakı dövlət əmlakı Regional Təhsil idarələrinin balansına verilib, inventarizasiyasının aparılması, müvafiq sənədlərin və məlumatların təhvil-təslim işləri başa çatıb. Regional Təhsil idarələrinin yerləşəcəyi şəhər və ya rayon mərkəzləri də müəyyən olunub və təhsil  naziri  tərəfindən təsdiq edilib.
Aprelin 29-da təhsil naziri Emin Əmrullayev Regional Təhsil idarələrinin rəhbər vəzifəsinə təyin edilmiş şəxslərlə görüşüb. Görüşdə nazir Təhsil Nazirliyi sistemində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı dövlət başçısı tərəfindən imzalanmış sərəncamlar, bu sərəncamların icrası ilə bağlı görülən işlərdən danışıb, Regional Təhsil idarələrinə yeni təyin olunmuş rəhbər şəxslərə tövsiyə və tapşırıqlarını verib. Görüşdə Regional Təhsil idarələrinin əsas vəzifələri olaraq fəaliyyət istiqamətləri üzrə vətəndaşlara çevik və keyfiyyətli təhsil xidmətinin təşkili, məktəbəqədər və ümumi təhsil müəssisələrində təhsil alan uşaqlar üçün sağlam və təhlükəsiz mühitin yaradılmasının vacibliyi qeyd olunub. Həmçinin təhsilverənlər üçün müvafiq və səmərəli iş şəraitinin yaradılması, zəif nəticəsi olan şagirdlərlə işə xüsusi diqqət ayrılması, onların nailiyyətlərinin yüksəldilməsi, eyni zamanda məktəbəqədər yaşlı uşaqlar üçün əlverişli öyrənmə mühitinin təşkili kimi məsələlər xüsusi vurğulanıb.
May ayının ilk günlərində isə yerlərdə regional təhsil idarələrinin müdirlərinin təqdimat mərasimi keçirilib. O cümlədən, may ayının 4-də Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev ictimaiyyətə təqdim olunub. Tədbir Sabirabad Rayon Təhsil İdarəsində baş tutub.
Tədbirdə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Eldar Orucov, Sabirabad Rayon İcra Hakimiyyətinin rəsmiləri, Mil-Muğan Regional Təhsil İdarəsinin əhatə etdiyi İmişli, Saatlı, Beyləqan, Sabirabad rayon Təhsil şöbələrinin nümayəndələri iştirak ediblər.
Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Eldar Orucov çıxışında yeni idarəçilik sisteminin təhsilin məhz inkişafı üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb və qarşıda duran vəzifələrdən danışıb. Son illərdə təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi üçün görülən işlər barədə məlumat verib. Daha sonra yeni təyin olunan idarə müdirini təbrik edərək kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev qarşıda duran vəzifələrdən danışaraq dövlət başçısı və Təhsil Nazirliyi tərəfindən göstərilən yüksək etimadı doğrultmağa çalışacağını bildirib.
İdarənin əhatə etdiyi rayonların təhsil ictimaiyyətinin nümayəndələri, ümid edirlər ki, Təhsil Nazirliyinin İnsan resursları sektorunun məsləhətçisi vəzifəsində işləyərkən böyük təcrübə qazanmış, qüsursuz fəaliyyəti ilə seçilmiş Rəşad Musayevin səmərəli idarəçiliyi sayəsində vətəndaş müraciətlərinə həssas yanaşılacaq, Regional İdarənin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara çevik və keyfiyyətli təhsil xidmətinin təşkili, məktəbəqədər və ümumi təhsil müəssisələrində təhsil alan uşaqlar üçün sağlam və təhlükəsiz mühitin yaradılması təmin ediləcək, həmçinin təhsilverənlər üçün müvafiq və səmərəli iş şəraitinin yaradılması, zəif nəticəsi olan şagirdlərlə işə xüsusi diqqət ayrılması, onların nailiyyətlərinin yüksəldilməsi, eyni zamanda məktəbəqədər yaşlı uşaqlar üçün əlverişli öyrənmə mühitinin təşkili kimi məsələlər həllini tapacaq. Artıq Rəşad müəllimin problemli məsələlərə konstruktiv yanaşması ilə bağlı onun ünvanına minnətdarlıq nidaları səslənməkdədir. Belə ki, İmişli rayonunun 32-lər kənd tam orta məktəbinin iki nəfər dil - ədəbiyyat müəllimləri əməkdaşımızla söhbətdə bildiriblər ki, uzun müddətdir onları narahat edən dərs bölgüsü ilə bağlı anlaşılmazlığın aradan qaldırılmasından ötrü Rəşad Musayevə müraciət etmiş və onun köməyi ilə mübahisəli situasiyanın həllinə nail olmuşlar.

Elxan Niftəliyev
Əlifağa Məmmədov
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar