Xəbər lenti
06/05/2024 [12:57]
Sabaha olan hava praqnozu
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Nail Xanməmmədov: “Şagirdlərdə vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsi hər bir müəllimin borcudur”

Baxılıb: 528     Tarix: 23-05-2022 16:38   

Ulacalı Sabirabadın ən böyük kəndlərindən biridir. Sakinləri elmə, biliyə xüsusi münasibəti ilə seçilirlər. Kənddən Azərbaycan elminə, mədəniyyətinə, ədəbiyyatına, dövlətçiliyin inkişafına xeyli töhfələr vermiş görkəmli şəxsiyyətlər yetişmişlər. Həmin ünlü simaların ilk təlim-tərbiyə aldıqları təhsil ocağı isə haqqında söz açdığımız Sabirabad rayon Böyükağa Ağayev adına Ulacalı kənd tam orta məktəbidir.765 şagirdin təlim-tərbiyəsi ilə 57 müəllimin məşğul olduğu, 27 texniki işçinin çalışdığı məktəbə xeyli müddətdir ki, təcrübəli pedaqoq Nail Xanməmmədov rəhbərlik edir. Direktor Nail Xanməmmədov,  dərs  hissə müdiri Həsən Sadıqov, təşkilatçı müavin Arif Babayev kollektivin uğurlarının artması üçün əllərindən gələni əsirgəmirlər. Kollektivin səmərəli fəaliyyətinin məntiqi nəticəsidir ki, Hər il rayonda keçirilən bilik yarışları və viktorinalarda, Təhsil Nazirliyinin xətti ilə keçirilən fənn olimpiadalarında, inşa müsabiqələrində Ulacalı kənd tam orta məktəbinin şagirdləri həvəslə iştirak edir və uğur qazanırlar. Keçən il məktəbin məzunlarının 80 faizi uğurla imtahan verərək müxtəlif ali məktəblərə daxil olublar. Bu uğurların qazanılmasında dil -  ədəbiyyat müəllimləri İsmayılova Mənsurə Hətəmxan qızının, Məlikova Məleykə Vaqif qızının, riyaziyyat müəllimi Məmmədov Elbrus Göyüş oğlunun, ingilis dili müəllimi Əhədova Xatirə Sabit qızının zəhməti ölçüyəgəlməzdir.
Məktəbdə şagirdlərin vətənpərvərlik tərbiyəsinə həmişə xüsusi fikir verilmişdir. Məktəbin məzunları sırasından həm Birinci, həm də İkinci Qarabağ savaşında şücaət göstərən, şəhidlik zirvəsinə qovuşan xeyli sayda qəhrəman igidlər adlarını tarixə yazıblar. Xüsusi Təyinatlı Qoşunların Həmlə qrupunun kəşfiyyatçı kimi döyüşlərə qatılmış, manqa komandiri kimi xidmət etmiş şəhid Aqşin Ağayevin döyüş yolu əsl qəhrəmanlıq salnaməsi kimi Ulacalı gənclərinin qürur və fəxarət ünvanıdır. Onun haqqında məlumatı direktor Nail müəllimin özündən aldıq: “Şəhid Aqşin Ağayev Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının ərazilərində bir sıra ağır və şiddətli döyüşlərin iştirakçısı olub, rayon, kənd və qəsəbələrin işğaldan azad edilməsində igidlik göstərib. Döyüş meydanlarından yaralı yoldaşlarının çıxarılmasında, düşmənin canlı qüvvə və hərbi texnika sarıdan itkilər verməsində Aqşinin xüsusi xidmətləri olub. Xocavənd uğrunda gedən çətin və qətiyyətli döyüşlərdən sonra yenidən Füzuliyə qayıdan ordu hissələrinin tərkibində döyüşü davam etdirən Aqşin 27 oktyabr 2020-ci il, növbəti kəşfiyyat tapşırığından geri dönərkən sevdiyi vətəni yolunda borcunu qanı və canı ilə ödəyərək, müqəddəs şəhidlik zirvəsinə ucalıb... Doğulub böyüdüyü doğma kəndində torpağa tapşırılan şəhid Aqşin Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. Allah rəhmət eləsin”.
Nail müəllimin fikrincə, müəllimin tərbiyəvi fəaliyyəti çox mühüm əhəmiyyət kəsb edir: “Buraya ilk növbədə şagirdlərdə vətənpərvərlik tərbiyəsinin inkişafı daxildir. Dövlət rəmzlərinin və atributlarının öyrənilməsi tədris etdiyi fənnin növündən asılı olmayaraq hər bir müəllimin borcudur. Bir halda ki, söhbət şəxsiyyət formalaşdırmaqdan gedir, vətənpərvərlik tərbiyəsi öndə durur. Əbədiyaşar, ümummilli liderimiz cənab Heydər Əliyev deyərdi ki, “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətənə, torpağa, millətə sədaqət, vətən yolunda, şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir. Ola bilər ki, gənc nəsil əla oxumasın, lakin o, vətənini sevməyi, torpağını qorumağı bilməli, hər an buna hazır olmalıdır, bütövlükdə yaxşı vətəndaş kimi yetişməlidir”.

  
Şəkil1. Ulacalı kənd tam orta məktəbinin şagirdləri Rayon olimpiada turunun qalibi olmaqı münasibəti ilə Rayon Təhsil şöbəsi tərəfindən diplomlara layiq görülüblər.
Şəkil2. Sabirabad rayon Ulacalı kənd tam orta məktəbinin məktəbəqədər hazırlıq qrupunun 0b qrupunda təsviri fəaliyyət məşğələsindən sulu boya və quaşla sərbəst rəsm. Sinif müəllimi Kərimova Şəbnəm.

Elxan Niftəliyev
Əlifağa Məmmədovшаблоны для dle 11.2