Xəbər lenti
06/05/2024 [12:57]
Sabaha olan hava praqnozu
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Uğur 100-dür, 90-ı bir məktəbdə

Baxılıb: 886     Tarix: 23-05-2022 16:24   

2010-cu ilin aprel-may aylarında Kür və Araz çaylarının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Sabirabad rayonuna da ziyan dəymişdi. Daşqınlar nəticəsində Yusif Qasımov adına Mürsəlli kənd orta məktəbi də tamamilə yararsız vəziyyətə düşmüşdü. Dövlətimizin başçısının tapşırıqlarına əsasən məktəbdə əsaslı təmir və yenidənqurma tədbirləri aparıldı. Görülən işlər nəticəsində məktəbin üç korpusdan ibarət ikimərtəbəli binası müasir standartlara uyğun surətdə yenidən quruldu. Bütün lazımi avadanlıqla təchiz olunmuş təhsil ocağının həyətyanı sahəsinə asfalt döşəndi, ətrafı abadlaşdırıldı. Prezident İlham Əliyev məktəbin açılışında iştirak edib.Yusif Qasımov adına Mürsəlli kənd orta məktəbində 390 nəfər şagirdin təlim-tərbiyəsi ilə 38 müəllim məşğul olur. Texniki işçilərin sayı 11 nəfərdir.
Məktəbin məzunları arasında son illər yüksək balla respublikamızın, eləcə də xarici ölkələrin ali məktəblərinə qəbul olunanların sayı artır. Ötən il məktəbin məzunlarının 90 faizi ölkənin müxtəlif ali məktəblərinə qəbul olunublar. Bu müvəffəqiyyətlərin qazanılmasında başda yeni təyin olunmuş direktor Raqif Gözəlov olmaqla təhsil ocağının kollektivinin, müəllimlərdən Asiya Bəşirovanın (riyaziyyat), Səmidə Xankişiyevanın (dil-ədəbiyyat), Aygül Zeynalovanın (ingilis dili) və başqalarının əməyi böyükdür. Başa çatmaqda olan 2021/2022-ci tədris ilinin də tezliklə açıqlanacaq nəticələrinin uğurlu olacağını qabaqcadan söyləməyə əsas var. Təhsil ocağının qazandığı nailiiyyətlər belə deməyə əsas verir ki, pedaqoji kollektiv məsuliyyətini dərindən dərk edir, işini dahi rəhbərin adına layiq səviyyədə qurmağa səy göstərir. Rayonun digər təhsil müəssisələrində olduğu kimi, bu məktəbdə də müxtəlif fənn ixtisasları üzrə dərsliklərin tədrisi, müəllim-şagird münasibətlərinin günün tələblərinə cavab verməsi, şagirdlərə hərbi vətənpərvərlik əhvali-ruhiyyəsinin aşılanması, kollektiv üzvləri arasında sağlam mühitin formalaşması, hər kəsin fikrinə, düşüncə tərzinə hörmətlə yanaşma və s. kimi amillərin varlığı, məhz rəhbərliyə idarəçiliyini günün tələbləri səviyyəsində həyata keçirməyə imkan verir.
Əmin olmağa dəyər ki, Yusif Qasımov adına Mürsəlli kənd orta məktəbinin kollektivi bundan sonra da ölkəmizin qabaqcıl təhsil ocaqları sırasında öz yerini qoruyacaq, məktəbin məzunları daha böyük uğurlara imza atacaqlar.

Elxan Niftəliyev
Əlifağa Məmmədovшаблоны для dle 11.2