Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Səfər Mehdiyev Qaxda vətəndaşları qəbul etdi - Fotolar

Baxılıb: 777     Tarix: 27-05-2022 14:23   

Mayın 27-də Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Qax rayon Heydər Əliyev Mərkəzində Qax və Şəki rayonlarından olan vətəndaşları qəbul edib.
Qurumdan Qanunvehedef.az-a verilən məlumata görə, DGK sədri Səfər Mehdiyev qəbuldan öncə Qax şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Qax və Şəki rayonları sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, bəzi müraciətlərin isə araşdırılması üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.



шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar