Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Binəqədidə səyyar qəbul keçirildi - Fotolar

Baxılıb: 624     Tarix: 27-05-2022 16:13   
 
Mayın 26-da Rövşən İmanov adına 205 nömrəli tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib. 
Qanunvehedef.az xəbər verir ki, görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, RİH başçısının müavinləri və Aparatın məsul şəxsləri, bələdiyyə və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Görüşdə iştirak edən Binəqədi rayon sakinləri görülmüş işlərlə bağlı ölkə başçısına öz təşəkkürlərini bildiriblər. RİH başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə məlumat verərək, görüşdə iştirak edən sakinlərin kanalizasiya xəttinin təmiri və asfalt örtüyünün çəkilməsi, küçə işıqlandırma ilə bağlı işlərin başa çatdırılması və piyada keçidinin qoyulması, yaşayış ərazisinə məişət tullantıları konteynerinin qoyulması, avto nəqliyyat agentliyində marşrut xəttinin Keyrəki dağ ərazisini əhatə etməsi, sahibsiz itlərin sayının artması və bu barədə aidiyyatı qurumlara müraciət edilməsi  ilə bağlı məsələ müzakirə olunub.
Müraciətlərini dinləndikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Sonda RİH başçısı Elxan Allahverdiyev Elektron Hökümət portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verib, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib.


 шаблоны для dle 11.2