Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycanda itən turistdən nə xəbər? – Polisdən AÇIQLAMA

Baxılıb: 485     Tarix: 02-06-2022 13:04   

Daxili İşlər Nazirliyi Zaqatalada itkin düşən hindistanlı turistlə bağlı yeni məlumat yayıb.
Nazirliyin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, Zaqatala rayonunda itkin düşən 29 yaşlı Hindistan vətəndaşının axtarışları davam etdirilir.
Daxili Qoşunların hərbi qulluqçularından, rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti strukturunun əməkdaşlarından ibarət qruplarla yanaşı ərazini tanıyan yerli sakinlər, alpinistlər və dronlar da axtarışlara cəlb olunub.
Hazırda çətin relyefli dağlıq ərzilərdə itkin düşən şəxsin tapılması istiqamətində bütün zəruri tədbirlər görülür.
Qeyd edək ki, turist mayın 12-də Zaqatala rayonunda otellərdən birindən çıxaraq, geri qayıtmayıb. Onun dağlara qalxdığı güman edilir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}