Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

"Müalicə müəssisələrinin vəziyyəti acınacaqlıdır"- Narkomaniya eksperti

Baxılıb: 430     Tarix: 06-06-2022 16:32   

Ötən il narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə paytaxt üzrə cinayət məsuliyyətinə cəlb edilən şəxslərin sayı açıqlanıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib ki, 2021-ci ildə Bakıda narkotikə görə ümumilikdə 2 487 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Paytaxtın inzibati rayonları üzrə bölgüsünə əsasən, Sabunçuda 432, Binəqədidə 336, Suraxanıda 288, Xəzərdə 249, Yasamalda 225, Nəsimidə 212, Nizamidə 164, Xətaidə 164, Qaradağda 153, Nərimanovda 152, Səbaildə 98, Pirallahıda 14 nəfər tutulub.
Bununla bağlı Sonxeber.az-a açıqlama verən narkomaniya üzrə ekspert Emil Maqalov bildirib ki, narkomanları müalicə etməklə gələcəyin narkotik satıcılarının qismən qarşısını almaq olar
"Narkotiklə mübarizədə əvvəlki addımlar gücləndirilib. Çünki narkotiklərin istifadəsi asanlaşıb. Əvvəlki narkotiklər üçün bir neçə əşya və bir neçə dəqiqə lazım olurdusa, indiki narkotikləri istifadə etmək üçün artıq heç nə lazım deyil. Ona görə də yayılma surəti artır. Polis bununla mübarizəni ikiqat artırıb və nəticəsi var. Bunun qarşısını qismən almaq həmin narkotik satıcısını narkotik satmağa sövq edən narkomanların müalicəsindən keçir. Bu gün narkotik satıcıları vaxitlə narkoman olmuş şəxslərdir. Onlardan bəzilərini seçib, müalicə edib, əvvəlki çevrəsinə qaytarmaq, yəni "tay-taya" prinsipilə məsələni həll etmək mümkündür.
Əvvəla, müalicə müəssisələrinə baxılmalıdır, onların vəziyyəti acınacaqlıdır. Orada növbələr çoxdur, yerimiz yoxdur və ən əsası realibitasiya mərkəzimiz yoxdur. Daha dəqiq desək, var, ancaq özəldir, dövlət müəssisəsi yoxdur. İnsanlar narkotikdən müalicə olunduqdan sonra realibitasiya olunmur və yenidən narkotik istifadə edirlər".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar