Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Şuşaya səfər adıyla yüzlərlə alim aldadıldı - DİN-dən açıqlama

Baxılıb: 328     Tarix: 09-06-2022 13:45   

Bir qrup alimə Şuşaya səfər təşkil etmək adı altında dələduzluq edildiyi iddia olunur.
“Qafqazinfo” xəbər verir ki, bu barədə tarixçi alim Arif Gürşadoğlu öz feysbuk hesabında məlumat yayıb.
O bildirib ki, Şuşa adına çox saxtakarlıqlar olub, ancaq beləsi hələ olmamışdı:
“Demək, Əlvan Cəfərov adlı bir nəfər - “İksad Azərbaycan”ın baş koordinatoru Şuşada konfrans keçiriləcəyi vədi ilə qeydiyyatdan keçmiş 470 nəfər alimi Şuşa adıyla aldadıb. Konfransa qatılanların az olduğunu bilərək belə bir çirkin oyun qurulub. Bəlkə də Əlvan Cəfərovluq deyil, ancaq istənilən halda bir çirkin oyun qurulub.
Sabah yola çıxacağımız ərəfədə bəlli olub ki, cəmi 100 nəfər seçilmiş alim bu gün gediblər. Kim seçib, necə seçib, bu, başqa sualdır. Və bu sualların da cavabı aydınlaşacaq. Gedənlərin içində bir ailədən 4 nəfər və alim olmayanlar da var. İndi də yazıb ki, heç kim ödənişini geri istəməsin! Xeyirdimi? Hər adamdan 70 manat almaq və onu qaytarmamaq bu qədər asandırmı? 370 nəfərdən 70 manat alanda 25.900 manat edir”.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, həmin faktla bağlı hazırda Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır, zərərçəkənlər idarəyə müraciət edə bilərlər.
Xatırladaq ki, daha öncə Bakıda Şuşaya səfər etmək istəyən bir qrup müəllim aldadılmışdı. Belə ki, Şuşa 1 saylı tam orta məktəbin müəllim heyəti “Qafqazinfo”ya müraciətlərində özünü “Şimşək Turizm” şirkətinin rəhbəri kimi təqdim edən Canızadə Əlizamin Qorxmaz oğluna səfərə getmək üçün 70 nəfərin müraciət etdiyini və hərəsinin bunun üçün 22 manat ödədiklərini bildirmişdilər.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar