Xəbər lenti
Arxiv
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

22 nömrəli uşaq musiqi məktəbində Şuşa ilinə həsr olunmuş "İLİN UĞURLARI" adlı hesabat konserti keçirildi.

Baxılıb: 553     Tarix: 17-06-2022 17:25   
 
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin Şuşa ilinə həsr olunmuş "İLİN UĞURLARI" adlı konserti keçirildi.

Tədbir. R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, musiqi sektor müdiri Bətulə Məmmədəliyeva, musiqi və incəsənət məktəblərinin direktorları iştirak etmişlər.

Tədbiri 22 nömrəli uşaq musiqi məktəbinin direktoru, Əməkdar müəllim İlhamə Ağayeva açaraq bildirib ki, artıq ölkə Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət, ədəbiyyat xadimlərinin, görkəmli şəxslərin, eləcə də tarixi günlərin yubileylərinin qeyd edilməsi ənənə halını alıb. O vurğulayıb ki, ölkə Prezidenti cənab İlham Əliyev 2022-ci ili məhz “Şuşa ili” elan etməsi çox mütərəqqi bir addımdır. Şuşa Azərbaycanın qədim şəhəri, mədəniyyət paytaxtıdır. Direktor qeyd edib ki, ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır.

Tədbirin davamında istedadlı şagirdlərin ifasında İ.S.Bax,J. Offenbax, F.Kreysler, H.Venyavski, F.Şopen, F.Şubert, P.İ.Çaykovski, K.Bom, V.Mustafazadə ,V.Adıgözəlov T. Bakıxanov, P.Bülbüloğlunun əsərləri yüksək səviyyədə səsləndirilib. Qeyd edək ki, şagirdlərin əksəriyyəti tədris ili boyu respublika və beynəlxalq müsabiqələrdə ölkəmizi uğurla təmsil ediblər.

Tədbirin sonunda hər il belə hesabat konsertlərinin verildiyinin bir ənənə olduğunu söyləyən məktəbin direktoru İlhamə Ağayeva bu konsertlərin gənc ifaçıların həyatında çox mühüm rol oynadığını, onların səhnə mədəniyyətinə, professional ifaçılıq məziyyətlərinə çox müsbət təsir göstərdiyini dedi. Bu uşaqların arasında ümumrespublika, hətta Beynəlxalq müsabiqələrin qaliblərinin və laureatlarının olduqlarını açıqlayan İlhamə AğayevaBeynəlxalq Müsabiqələr laureatı Əkbər Nurayın, Fəqan Həsənlinin, AyanCamalzadənin, Zəhra Aslanlının, Zəhra Babazadənin, Nərminə Salmanovanın , Davud Rüstəmovun və digər ifaçıların adlarını fəxrlə çəkdi.

Konsertdə təqdim edilən kompozisiyalar alqışlarla qarşılanıb.



        Aynurə Məmmədliшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar