“Atəşgah” sığorta şirkətinin İdarə Heyətinə yeni üzv təyin olunub

Baxılıb: 591     Tarix: 29-06-2022 09:48   

Ölkənin aparıcı sığorta şirkətlərindən biri olan “Atəşgah” sığorta şirkətinin İdarə Heyətinə yeni üzv seçilib. Belə ki, Direktorlar Şurasının qərarına əsasən Rüfət Ağazadə “Atəşgah” SŞ-nin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.      
Qeyd edək ki, Rüfət Ağazadə Atəşgah sığorta şirkətində peşəkar fəaliyyətinə 2010-cu ildən mütəxəssis kimi başlamış, daha sonra isə baş mütəxəssis, 2013-cü ildən şöbə müdiri, 2018-ci ildən idarə rəisi vəzifələrini layiqincə icra etmişdir.
Atəşgah sığorta şirkəti adından Rüfət Ağazadəyə yeni  peşəkar fəaliyyətində uğurlar arzu edirik!шаблоны для dle 11.2