Yasamalda növbəti səyyar qəbul keçirildi - Fotolar
Baxılıb: 465 Tarix: 01-07-2022 10:06
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon sakinləri üçün növbəti səyyar qəbul keçirib.
Qanunvehedef.az xəbər verir ki, qəbul rayonun Yeni Yasamal yaşayış massivində yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbin akt zalında baş tutub.
Öncə bir qrup sakin öncəki qəbullarda qaldırdıqları məsələlərin operativ həllinə görə Yasamal Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildiriblər.
Səyyar qəbulda çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, bu görüş Prezident İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq baş tutur: “Səyyar qəbulun məqsədi bilavasitə vətəndaşlarla görüşüb onları narahat edən problemləri müzakirə etmək və çevik şəkildə həllinə nail olmaqdır”.
Qəbulda iştirak edən Yasamal rayonu sakinləri növbə ilə söz alaraq onları narahat edən əsas problemlər barədə fikirlərini bildiriblər. Söz alan vətəndaşlar dövlət ehtiyacları üçün Sovetski ərazisində torpaqların alqı-satqısı, marşrut xəttləri problemi, pilot layihələrin icrasının uzanması, yaşayış binalarının təmiri, su təchizatı, yaşıllıqlara qulluq, məişət tullantıları konteynerlərinin yerdəyişməsi və bir sıra sosial məsələlər qaldırıblar.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin müraciət və təklifləri ilə bağlı rayonunun təsərrüfat və xidmət sahələrinin məsul şəxsərinə müvafiq tapşırıqlar verib.Digər məsələlər nəzarətə götürüldü və növbəti qəbullarda onların həlli müddəti bir daha nəzərdən keçiriləcək.
Ən çox oxunanlar
Son xəbərlər