Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

3 saylı Uşaq Bağçası - Sabirabadlıların öz övladlarını güvənlə əmanət edə bildikləri ünvan

Baxılıb: 1 579     Tarix: 04-07-2022 11:39   
 
"Uşaqlar gələcəyimizdir” deyirlər. Uşaqların tərbiyəsi ilk növbədə ailədən, sonrakı mərhələdə isə bağçadan, məktəbdən asılıdır. Azərbaycanda uşaq bağçaları şəhər və rayon icra hakimiyyətlərinin tərkibindədir. Ölkəmizin modern inkişaf etmiş əyalətlərindən birinə çevrilən Sabirabadda rayon rəhbərliyi uşaqların məktəbəqədər təlim-tərbiyəsi işinə ciddi yanaşır. Sosial və humanitar məsələlərin həllində hökumətə etiabarlı tərəf müqabili kimi çıxış edən Heydər Əliyev Fondu da hər yerdə olduğu kimi Sabirabadda da gələcəyimiz olan uşaqları qayğı və diqqətlə əhatələyib. Son dövrlərdə Heydər Əliyev Fondunun hesabına tikilərək Heydər Həmidov küçəsində yeni binası inşa olunaraq istifadəyə verilmiş Sabirabad şəhər 3 saylı Uşaq Başçası buna bariz nümunədir. 100 yerlik uşaq bağçasının açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Tədris və uşaq otaqlarının, idman, musiqi, məşğələ otaqlarının ölçü və təchizatının normativlərə cavab verdiyi uşaq bağçasının fəaliyyəti müəssisənin devizinə uyğundur: "Övladlarınızı güvənlə bizə əmanət edə bilərsiniz".

Bağça müdiri Nərmin Zeynalovanın rəhbərliyi altında yaradılmış nümunəvi təlim mühitindən səmərəli istifadə edən pedaqoji kollektiv uşaqlarla aparılan tərbiyə-təlim işlərinin, azyaşlıların məktəb təliminə hazırlanmasının keyfiyyətini yüksəltməyə nail olmuşdur. Bunu bağçadan məktəbə gedəcək uşaqların hər il keçirilən bayram şənlikləri də aydın göstərir. Uşaqlar olduqca zəngin mündəricəli ssenari üzrə reallaşdırılan tədbirlərdə söylədikləri şeirlərlə, oxuduqları mahnılarla, ifa etdikləri rəqslərlə, göstərdikləri səhnəciklərlə mövcud proqram çərçivəsində bilik və bacarıqlara, şifahi nitq vərdişlərinə yiyələndiklərini, saymağı, hesablamağı, sadə əməlləri yerinə yetirə bildiklərini nümayiş etdirirlər.

Bu təlim - tərbiyə müəssisəsində işlər günün tələbləri səviyyəsində qurulmuş, valideynlərlə sıx əlaqə yaradılmışdır. Valideynlər vaxtaşırı qruplarda olur, uşaqlarla iş prosesinə qoşulur, mövzuya uyğun tərbiyəçilərlə birgə vəsaitlər hazırlayırlar. Həmçinin balacalar məktəb təliminə yüksək səviyyədə hazırlanır. Bağçada uşaqların hərtərəfli inkişafı üçün lazımi şərait yaradılmış, müxtəlif inkişafetdirici materiallar hazırlanmışdır.

İl ərzində planlaşdırılmış işlər tam yerinə yetirilir, pedaqoji proseslərə baxış təşkil olunur, tədbirlərdə, yarış və müsabiqələrdə, gəzinti və ekskursiyalarda uşaqların fəal iştirakı təmin edilir. Şəhər üzrə keçirilən yarış və müsabiqələrdə uşaqlar bir sıra uğurlar qazanır, fəxri fərmanlarla təltif olunurlar. Plana uyğun olaraq məktəblərlə əlaqə saxlanılır, qarşıya qoyulmuş vəzifələr həyata keçirilir.
İnanırıq ki, 3 saylı Uşaq Bağçasının yetirmələri arasında gələcəkdə adı Sabirabadın “Şərəf Kitabı”na yazılacaq görkəmli şəxsiyyətlər yetişəcək, ölkəmizin və doğma rayonun tərəqqisinə mühüm töhfələr verəcəklər.

Elxan Nifdəliyevшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar