Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

QƏRİBƏ TALELİ İNSAN

Baxılıb: 434     Tarix: 05-07-2022 12:29   
  
     Deyirlər ki, ALLAH hər bir bəndəsinə yalnız daşıya biləcəyi qədər yük verir.
Hər bir insanı imkanı müqabilində imtahana çəkir. Bu doğrudur, amma həyatda elə insanlar da var ki, sanki onlar elə bil problemləri həll etmək üçün, çiyinlərində ağır yük daşımaq üçün yaranmışlar.
   
 Mən həmişə belə adamlara qibtə etmişəm, onların səbri və dözümü, yaşamaq üçün apardıqları həyat mübarizəsinə təəcüb etmişəm. Gileylənmədən, ah-zar etmədən, böyük səbr və dözümlə həyatın ağır yükünü çiynimdə daşıyan belə insanlar hər cür tərif və alqışa laiqdirlər.
       
Mən onu tanıdığım gündən həmişə problemlərlə əlləşən, başqalarının  işinə yarayan, evi-eşiyin çətinliklərini həll etməyə çalışan görmüşəm. Evin kiçiyi olmasına baxmayaraq, bacı-qardaşların da yükü onun boynunda olmuşdur. Elə bil ki, Telman həyatda problemlər üçün yaranmışdır, çətin və müşkül işlərin həlli onun öhdəsinə düşmüşdür.
       
 Telman Atamoğlan oğlu Atamaliyev hələ yeniyetməlik dövründən çətin və ağır həyat keçirməyə alışmış, qarşısına çıxan maneələri öz gücü ilə həll etməyə çalışmışdır. Onun həyatı aşıb-daşan gur bulaga bənzəyir, taleyin ağır zərbələrinə sinə gərən yaşamını sürür.
       
 1980-ci ildən mənzil növbəsində olmasına baxmayaraq süründürməçi məmurların səhlənkarlığı ucbatından hələ də kirayələrdə yaşayır, BAKİR QALMIŞDIR.
     
 Maddi çətinlik, yaşamaq üçün ev-eşiyin olmaması, zananın sıxıntıları onu əysə də, mübarizliyini qoruyub saxlamışdır.
       Pozulmuş hüquqlarınını bərpası üçün, ata evinin təmiri və bərpası, yaşamaq üçün lazimi şəraitə gətirilməsi, mərhum anası (xanım)

Həzrəti Sonabəyim 2002-ci ildən təsis edilmiş və YUNESKO-nun himayəsinə təqdim edilmiş EV MUZEYİ VƏ ACIQ HAVADA MUZEYİ VƏ TARİXİ ABİDƏLƏRİnin acılması, qonşusu tərəfindən zəbt edilən ata evinin qorunub saxlanması üşün Telman müxtəlif orqanlarla tez-tez üzləşir, məhkəmələrə ayaq döyməli olur. Haxlı şikayətinə baxılmaması, onun xeyrinə cıxarılan məhkəmə qərarlarının icra edilməməsi, üzləşdiyi haqsızlıqlar və ədalətsiz münasibətlər artıq onu bezikdirib və hec kimə inamı qalmamışdır. Kimsədən kömək görməyən Telman indi heç kimə ümüd bəsləmir, həll edilməmiş problemləri ilə baş-başadır.
 
 Bizə elə gəlir ki, aidiyyati təşkilatlar, vicdanlı adamlar nəhayət ki, hərəkətə kecəcək və Şirvan şəhər sakini, EKSTRASENS TELMAN ATAMALIYEVin problemlərinin bir qisminin həll edilməsinə kömək göstərəcəklər. Nə harayına catan, nə imdadına yetən kimsəsi olmayan Telmana kömək edilməlidir.
                   
Q.Həsənli        шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar