Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Füzulinin icra başçısı vətəndaşlarla görüşdü - Fotolar

Baxılıb: 456     Tarix: 06-07-2022 12:02   

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vətəndaşların problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə Arayatılı kəndində səyyar-qəbul görüşü keçirilib.
Qanunvehedef.az xəbər verir ki, görüşdə rayonun idarə, müəssisə və təşkilatlarınn rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib. Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçiriləcəyini bildirib.
 Alı Alıyev bildirib ki, 1000-dən artıq əhalinin yaşadığı Arayatılı kəndində işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün növ imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 1018 nəfərə hər ay 50.400 manat vahid aylıq müavinət ödənilir, 5 ailəyə ünvanlı sosial yardım təyin edilib, 1 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Arayatılı kəndində 5 şəhid ailəsi, 4 Qarabağ müharibəsi əlili vardır. Kənd sakinlərindən 185 nəfər yaşa və əlilliyə görə pensiya və müavinətlər alırlar. Kənd sakinlərindən 205 nəfərə yaxını müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyir, 305 nəfər fərdi əməklə məşğul olur.  
Arayatılı kəndində məktəb, kitabxana, bağça, tibb məntəqəsi, icra nümayəndəliyi, mədəniyyət evi, bələdiyyə və s.infrastruktur obyektləri fəaliyyət göstərir. Kənddə torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.
Səyyar qəbulda ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərlərinin  həll edilməsi üçün aidiyyəti təşkilatlara tapşırıq və göstəriş verilib.



шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar