Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Ğədir Xum bayramınız mübarək əziz dostlar,əziz Əli aşiqləri !

Baxılıb: 563     Tarix: 06-07-2022 14:07   
 
Bu bayram münasibəti ilə hamınızı təbrik edir və bu yazımı sizlərə hədiyyə edirəm:"Ğədir" sözü ərəb dilində lüğəti mənada "gölməçə", "su yığılan yer"ə deyərlər.Biyabanda çala-çuxur olan yer ki,yağış suyu gəlib oraya yığılar.Həmən o yer islam dünyasının iki böyük şəhərləri-Məkkə və Mədinə şəhərinin ortasında yerləşir ki,o yerə "cöfhə"və ya "cəhf"(su axarı ilə aparan) deyilər.Peyğəmbərimizin(s.) zamanında Həccdən qayıdan zəvvar karvanları həmən o yerdə bir yerə toplaşar,və orada bir-birini təbrik edib ayrılıb,hərəsi bir tərəfə, öz diyarlarına üz tutardılar.Həmin o yerə "Ğədir xum" adı verilib.(ğədir-gölməçə,xum-səbət) O səbəbə ki,O çuxura ki,su yığılardı,bir gölməçə əmələ gələrdi ki,bu gölməçə sanki,bir rəngarəng səbət şəklində boyaqçı damına bənzəyərdi.Bu da o səbəbdən idi ki,bir çox səhra qəbilələrin əhalisi öz rəngli paltarlarını bu gölməçədə yuyardılar.
Ğədir Xum hadisəsinin xülasəsi :

Hicrətin 10-cu ilində Allahın peyğəmbəri (s.ə.v.a)Həccə getdi,və həccin ehkamlarını camaata təlim etdi.Məkkədən geri qayıdan zaman,"cöhfə"istirahətgahında,yəni "Ğədir Xum"adlanan yerdə,Allahın əmri ilə bütün camaatı bir yerə toplayıb,yüz mindən çox zəvvarın əhatəsində Həzrət Əli (ə)-ı özünün canişini,özündən sonra müsəlmanların imamı,xəlifəsi kimi camaata tanıtdırdı və buyurdu: "MƏN HƏR KİMİN MÖVLASIYAMSA,ƏLİ DƏ ONUN

MÖVLASIDIR"!
Əlbəttə ki,Əli (ə) o hadisədən də neçə illər qabaq haşimi xanədanında bir canişin kimi tanınırdı.Lakin Ğədir Xumda,Allahın əmri kimi Peyğəmbərimiz(s)tərəfindən rəsmi olaraq bütün müsəlmanlara tanıtdırıldı.

Bəs istilahi mənada "Ğədir Xum" nədir?
"ĞƏDİR XUM"- NÜBÜVVƏT XƏTTİNİN DAVAMIDIR!
"ĞƏDİR XUM" - İSLAM DİNİNİN MÜQƏDDƏRATIDIR!
"ĞƏDİR XUM" - XİLAFƏT VƏ VİLAYƏT BAYRAMIDIR!(İMAM SADİQ (Ə)
"ĞƏDİR XUM"-ASİMANIN BAYRAMIDIR(İMAM SADİQ (Ə)
"ĞƏDİR XUM"- BƏRƏKƏT BAYRAMIDIR"
"ĞƏDİR XUM"-ŞEYTANIN NALƏ ÇƏKİB,NAÜMİD OLAN GÜNÜDÜR!

BİR DAHA BAYRAMINIZ MÜBARƏK OLSUN DOSTLAR!

BU BAYRAMI BİZLƏRƏ XƏBƏR VERƏNƏ,BU BAYRAMIN SƏBƏBKARINA VƏ ƏHLİ BEYTİNƏ TƏVƏSSÜL EDƏRƏK BÜTÜN XALQIMIZA SƏLAMƏTÇİLİK,ƏMİN-AMANLIQ,MEHRİBANÇILIQ,DÜNYADAN KÖÇ EDƏN ALİMLƏRİMİZƏ,ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT VƏ DÜŞMƏNLƏRİMİZ ÜZƏRİNGƏ QƏLƏBƏ ARZULAYAQ İNŞAALLAH.AMİN!
   
Hacı Yunus Qobuluшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar