Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Hacı Rza Sərraf Təbrizi

Baxılıb: 520     Tarix: 06-07-2022 12:09   
 
XlX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri də şair Hacı Rza Sərraf olmuşdur. H.R.Sərraf  h.q. 1271-ci ildə (m.1854) Təbriz şəhərində dünyaya göz açmışdır.Sərraf on iki yaşında atasını itirdikdən sonra,dolanışığı üzündən atasının sənətin-Sərrafçılığı davam etdirmişdir.Alver edə-edə fars-ərəb ədəbiyyatını öyrənməyə başlamış və elmi ədəbi yığıncaqlara qoşulmuşdur.1291 h.q. (1875 m.)ilində (təxminən 20 yaşında),öz evində "Səfa" adında bir ədəbi yığıncağın ən yaxşı üzvlərindən oldu.O dövrün böyük alimlərindən çox faydalanmışdır. Cəmi 44 illik ömründə yazdığı 2500 beytlik qəzəliyyatından  əlavə Əhlibeyt, Kərbəla hadisəsi barədə çox təsirli və tarixi ,gözəl mərsiyələr yazmışdır.      
Əzizlərim,indi sizlər üçün ələlxüsusən o vaxtlar Abşeron məclislərində oxunan,Xanım Fatimə əleyhanın şəhadətindən qabaq Əli (ə) vəsiyyətini çox böyük ustalıqla əks etdirən bir mərsiyyəsini təqdim edirəm. Əvvəlcədən xahiş edirəm Peyğəmbərimizin(s) onun Əhlibeytinin və həmçinin mərhum Hacı Rza Sərrafın pak ruhlarına bir Salavat hədiyyə edək inşallah.
       
    Çün məhəbbət bəzmi fürsətdir əmoğlu,Ya Əli
    Gəl edək söhbət qənimətdir əmoğlu,Ya Əli
    Bir dəqiqə qoymadım aləmdə qəlbin şad ola
    Dərdi möhnətdən mübarək xatirin azad ola
    Çün əziyyətlər sənə verdim,evin abad ola,
    İndi vəqti-rəfi rəhmətdir əmoğlu,Ya Əli
    Doymadım bu aləmi-ülfətdə səndən,ağlaram
    Qəbrdə həm eylərəm şurilə şivən,ağlaram
    Ağlama məndən sora,sən ağlasan,mən ağlaram
    Baxmaram firdovsi-cənnətdir əmoğlu,Ya Əli
    Doqquz il oldum bu dövlətxanədə həmsər sənə,
    Müttəsil verdim bu doqquz ildə dərdi-sər sənə
    İndi gəl əglən başım üstündə sərtasər sənə,
    Ərz edim neççə vəsiyyətdir əmoğlu,Ya Əli
    Əvvələn ərzim budur,ölsəm əgər bu gündə mən,
    Öz əlinlə ver gecə ğüslum,gecə ilə kəfən
    Vursa əl tabutuma biganə,razı olma sən,
    Ruhimə artıq əziyyətdir,əmoğlu,Ya Əli
    Saniyən,məndən sora,ey xosrovu gərdun mədar,
    Övrət alsan,bir nəcibə övrət eylə ixtiyar
    Qəm günü qoy Zeynəbü-Gülsuma olsun qəmküsar,
    Eyləsin hər noi hörmətdir əmoğlu,Ya Əli
    Bir də qəlbün Müctəbadən inciyə hər an sənin,
    Keç Hüseynin canına,mən canuva qurban sənin
    Qoyma qəm çəksin xüsusən,can hüseynin,can sənin
    Çün o cəddindən əmanətdir əmoğlu,Ya Əli
    Mən onun çox zəhmətin çəkdim, nə asan bəslədim,
    Pərvəriş verdim gül üstə türfə reyhan bəslədim
    Səsləyəndə can de,mən də can dedim,can bəslədim,
    Çün cəfası canə minnətdir,əmoğlu,Ya Əli
    Aşiqin canbazdır girəm Hüseynim yox sözüm
    Mən də nəqdi-eşqi xərc etməkdə Sərrafəm özüm
    Bir bədən,dörd min yara,lakin necə görsün gözüm,
    Gör bu insafü mürüvətdir əmoğlu,ya Əli
                                                                     
         Hacı Yunus Qobuluшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar