Xəbər lenti
Arxiv
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Mehriban və mərhəmətli Allahın adı ilə

Baxılıb: 549     Tarix: 06-07-2022 14:48   
                             
 Qurani-Kərimdə elm,məişət,hüquqi məsələlərlə yanaşı,
ailə mövzusu və xüsusən də valideynlər haqqında olan çox ibrətamiz ayələr özünə məxsus yer tutur.Bundan əla-və sevimli peyğəmbərimiz Muhəmməd (s)və məsum imamlarımızdan(ə) bizə gəlib çatan çoxlu sayda hədis və rəvayətlər sanki,1400 ildən artıq yaşı olan bir ağacın yarpaqları kimi öz təravətini bu gün də itirməmişdir.

قُلْ تَعَلُ مَا حَرَّمَ رَبُّكُمْ عَلَيْكُمْ “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim”:ألاَ تُشْرِكُو بِه شَيْءً “Ona heç bir şərik qoşma-yın.وَ بِالْوَالِدَيْنِ إحْسَانَا “Ata-anaya yaxşılıq edin...(Ənam,151)
   
 Ayədə göründüyü kimi,Allah Təala ilk növbədə insana Allaha şərik qoşmamağı,sonra isə valideynə yaxşılıq etməyi hökm edir.
 
 Bir şəxs Peyğəmbərimizin(s)yanına gəlib ona nəsihət et-məsini xahiş edir.Peyğəmbərimiz(s)buyurur:”Səni oda atsalar belə,Allaha şərik qoşma.Dildə inkar etsən də,qəlbən ona bağlı ol.Valideynlərinlə xoş rəftar et və on-ların itaətindən çıxma.İstər sağ,istər dünyadan köçmüş olsunlar.Onlar sənin var dövlətindən və həyat yoldaşından əl çəkməyini istəsələr belə,gərək onlara itaət
edəsən.Bil ki,bütün bunlar imandan sayılır.Övlad öz atasını çağırarkən,onu adı ilə çaöırmamalı,yol gedərkən ondan qabaq getməməli,atasından əvvəl oturmamalı və onun adına ləkə yaxmamalıdır.(Əllamə Məclisi.        
 ”Hilyətul Müttəqin”səh.164.
وَ وَصَّيْنَ لْاِنسَانَ بِوَالِدَيْنِ حَمَلَتْهُ اُمُّهُ وَهْنَا عَلَى وَهْنِ وَ فِصَالُهُ فِى عَامَيْنِ أنِ اشْكُرْلِى وَلِوَالِدَيْكَ إلَيْنَا الْمَصِير “Biz insana ata-anasına (yaxınlıq etməyi,valideyninə yaxşı baxmağı,onlarla gözəl davranmağı) tövsiyə etdik.Anası onu(bətndə)çox zəif bir halda daşımışdı.(Uşağın süddən)kəsilməsi isə iki il ərzində olur.(biz insana buyurduq:”Mənə və ata-anana şükr et.Axır dönüş Mənədir!”(Loğman 14)
 
  Bu ayədə Allah Təala özündən sonra valideynə ehsan etməyi vurğulayır və xüsusilə ananın bir qadın kimi zəif məxluq olduğu halda,doqquz  ay balasını öz bətnində gəzdirdiyini yada salır.Körpəsini sonsuz bir məhəbbətlə sevən ana,gecələr yuxusuz qalıb,iki il öz döşlərindən ona süd verir.

Onun boya-başa çatması üçün hər çətinliyə tab gətirir.İmam Sadiq(ə)-dan buyrulur:Bir şəxs Peyğəmbər(s)
-ın yanına gəlib deyir:”Ya rasulallah,kimə ehsan edim?Peyğəmbər(s) buyurur:Anana!O şəxs yenə soruşur:
Ondan sonra kimə?Peyğəmbər(ə)buyurur:Anana!Şəxs üçüncü dəfə də sual edəndə,yenən də cavab verir:Anana!
Nəhayət dördüncü dəfə soruşanda deyir: Atana!”(Üsuli kafi”-5-ci cild.səh.471)وَ قَضَى رَبُّكَ ألَّاتَعْبُدُ إلاَّ إيَّاهُ بِالْوَالِدَيْنِ إحْسَانًا

Rəbbin yalnız Ona ibadət etməyi və Valideynlərə yaxşılıq
etməyi(onlara yaxşı baxıb,gözəl davranmağı)buyurmuşdur.)إِمَّا يَبْلُغَنَّ عِنْدَكَ الْكِبَرَ اَحَدُهُمَا اَوْ كِلَا هُمَا فَلَاتَقِل لَهُمَا اُفِّ “Əgər onların biri və ya hər ikisi sənin ya-nında(yaşayıb)qocalığın ən düşkün çağına yetərsə,onlara:
“Uff”! belə demə.Üstlərinə qışqırıb acı söz söyləmə.Onlarla xoş danış!
     
Bildiyimiz kimi,insan qocaldıqca tədricən gözlərinin nuru azalır,taqətdən düşür,qulaqları ağır eşitməyə başla-
yır,yaddaşı pozulur,sanki uşaqlıq çağlarına qayıdır.Bu zaman onun qəlbi də uşaq qəlbi kimi kövrək olur.Adi bir
narazıçılıqdan gözləri yaşarır və sarsıntı keçirir.Hər şeyə
alim olan Allah,belə vəziyyətdə də övlada səbrli,təmkinli
olmağı tövsiyyə edib buyurur:وَقُلْ رَبِّ اَرْحَمْهُمَا كَمَا رَبَّيَاني صَغِيرَا  “Onların hər ikisini mərhəmət qanadının altına alıb
de:Ey rəbbim!Onlar məni körpəliyimdən (nəvazişlə)tərbiyə edib bəslədikləri kimi,Sən də onlara   rəhm et”!                                                                                                                                                                                                       Bu da məlumdur ki,Valideynlərin neçə övladə olsa da,
onlar yalnız birinin yanında yaşayıb,ömürlərini o övladın yanında başa vururlar.Xoş o övladın başına ki,ata-anası onunla birlikdə yaşayır və onlara qulluq etmək o övlada qismət olur.Qocalar evin ruzisi,bərəkəti və ev əhlinin səlamətliyidir.Bu sətirləri oxuyan hər bir kəs Allahın ver-diyi bu qismətdən bəhrələnməli,dünya və axirəti qazan-mağın yolunu dərk etməlidir.İmam Sadiq(ə)buyurmuşdur:

-“Kim ata-anasına düşmənçilik nəzəri ilə baxsa,Allah onun namazını və digər ibadətlərini qəbul etməz”.(“Üsuli Kafi”
səh.5).İmam Səccad(ə) buyurur ki,mən heç vaxt atam ilə bir yerdə çörək yeməzdim.Qorxardım ki,tələsib birdən atamın götürmək istədiyi tikəni götürərəm və bu mənim tərəfimdən ehtiramsızlıq olar.(Hilyətul Müttəqin,səh.167) Yenə də İmam Sadiq(ə)buyurmuşdur:-“Ata-ana ilə gözəl rəftar etməyin nəticəsi Allahı tanımaqdır.Belə ki,validey-nin razılığını almaq,onlarla xoş rəftar etmək,digər gözəl əməllərdən daha əfzəldir və əməl sahibini ilahinin rəhmətinə nail edib,onu Allaha  yaxın edər”.(Misbahul Şəriət.səh.436)
   
 Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşma-ğına cəhd göstərsələr,(bu işdə)onlara itaət etmə.(Qalan )
dünya işlərində onlarla gözəl keçin(onlara itaət et)
وَاتَّبَعْ سَبِلَ مَن أَنَابَ إِلَيَّ “Tövbə edib,Mənə tərəf dönənlərin(İs-lamı qəbul edənlərin)yolunu tut.ثَمَّ إِلّيَّ مَرْجِعُكُمْ فَاْنَبِّءُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُون “Sonra(qiyamət günü)Mənim hüzuruma qayıda-caqsınız.

Mən də(dünyada)nə etdiklərinizi(bir-bir)sizə xəbər verəcəyəm.(Loğman 15)
     Bu ayədə göründüyü kimi,valideynlər kafir olsalar da,
yalnız bu halda onlara itaət etmək olmaz.Əvəzində isla-mın əxlaqi qaydalarına əməl edərək,dünya işlərində on-ların xeyir-duasını almaq tövsiyyə edilir.İslam şəriətinə görə valideyn öz qız övladını zorla qızının istəmədiyi oğla-na və ya oğlunu istəmədiyi bir qızla evləndirə bilməz.La-kin bu heç də onlara əsas vermir ki,onlar özbaşına evlənib ailə qursunlar.
 
Necə ki,bir çox hallarda müşahidə olunur.
Övlad səbr edib,hər vəchlə valideynin xeyir-duası-nı alıb,islam qanunları çərçivəsində ailə qurmalıdır.Vali-deyn dünyadan köçəndən sonra onu hörmətlə dəfn et-məli və qəzaya qalan vacib ibadətlərini əmələ gətirməli-dir.(bu iş əsasən böyük övladının boynuna düşür).İmkan olsa hər cümə,ayda bir dəfə,o da mümkün olmasa imkan tapdıqda onların qəbrini ziyarət etməlidir.Peyğəmbəri-miz(s)buyurmuşdur:Hər kəs öz müşkülünün aradan get-məsini istəyirsə,ata-anasının qəbrini ziyarət edib,onların qəbri üstə Allaha dua etsə,duası müstəcəb olar inşallah.
Hədisdə məlum olur ki,valideynlər bu dünyada övladlarına dua etdikləri kimi,dünyadan gedəndən sonra da,öz ruhları ilə övladlarına şəfaətçidirlər.
       
Allah Təala heç bir övladı Peyğəmbərimiz(s),onun Əhli-Beytinin(ə)və valideynlərimizin şəfaətindən binəsib eləməsin inşallah.Amin!
                                             
Hacı Yunus Qobulu.
               
  Bu yazım 2007-ci ildə,Rusiyanın paytaxtı Mockva şəhərində,bizim diasporanın təsisçi olduğu,dini şöbəsinin redaktoru olduğum “Ana Vətən çağırır” qəzetindən götürülmüşdür.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar