Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Sabiq xanım başçının fəaliyyət dövrü araşdırılır

Baxılıb: 583     Tarix: 07-07-2022 14:18   

Abşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı İradə Gülməmmədova ilə bağlı edilən şikayət əsasında onun ifadəsi alınıb.
"Qaynarinfo"nun əldə etdiyi məlumata görə, sabiq xanım başçının quruma rəhbərlik etdiyi dövrdə əməkdaşları tərəfindən sahibkarlardan qanunsuz tələblər edilib. Sahibkarlar üzləşdikləri problemlərə görə, İradə Gülməmmədovanı günahlandırıblar.
Bununla bağlı sabiq başçıdan hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər daxil olub. Hazırda şikayətlər əsasında hüquq-mühafizə orqanları tərəfindən İradə Gülməmmədovanın Abşeron Rayon İcra Hakimiyyətinə rəhbərlik etdiyi dövr araşdırılır.
Qeyd edək ki, İradə Gülməmmədova 2006-2014-cü illərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini, 2014-2015-ci illərdə birinci müavini, 2015-2022-ci illərdə icra başçısı vəzifəsini tutub. O, 19 yanvar 2022-ci ildə vəzifəsindən azad olunub.

Qanunvehedef.azшаблоны для dle 11.2



buy yes2win seo ranking