Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

SƏMƏD İBRAHİMOV - 37

Baxılıb: 1 550     Tarix: 20-07-2022 15:58   
   
Daxili İşlər Nazirliyinin əməkdaşı, Azərbaycan Əlbəyaxa Döyüş Nümayəndələyinin sədri Səməd İbrahimovun 37 yaşı tamam olur. Səməd bəy respublika, qitə və dünya miqyaslı yarışlarda ölkəmizi ləyaqətlə təmsil edərək çempionluq qazandığı kimi, indi də onun təlim verdiyi yetirmələri eyni cığırlarla gedərək yüksək nailiyyətlər qazanırlar. Gözəl insan, nümunəvi ailə başçısı, qayğıkeş ata, peşəkar idmançı kimi nümunəvi, sağlam  həyat tərzi keçirən Səməd İbrahimov yeniyetmə və gənclərə vətənpərvərlik hissləri aşılayır, narkomaniyaya, zərərli vərdişlərə qarşı mübarizə müstəvisində əhəmiyyətli işlər görür. Necə deyərlər, uşaqla uşaq, böyüklə böyük olmağı bacaran Səməd pəhləvanın çalışdırdığı bütün şəxslər bir qayda olaraq onun timsalında özlərinə etibarlı dost-sirdaş tapmış olurlar. Bir şərtlə ki, düşmən qarşısında qaya kimi sərt, dost qarşısında səhər mehi kimi həzin olan Səmədin təlim sahəsində tələblərinə, intizama riayət edəsən. Çünki onun fikrincə, ilk əvvəl özünə gücü çatmayan, nəfsini cilovlaya bilməyən kəs ciddi rəqibə qalib gələ bilməz.
Səməd müəllimə həyatda xoşbəxtlik, idmanda yeni-yeni müvəffəqiyyətlər, yetişməkdə olan nəslin fiziki tərbiyəsinin təkmilləşdirilməsi yönündə fəaliyyətində uğurlar arzulayırıq.

Dostlar adından:
Orxan Rzazadə,
Pünhan Şükür шаблоны для dle 11.2