Xəbər lenti
04/11/2025 [13:30]
Sabah leysan yağacaq
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Hərbi liseylərə qəbul imtahanı keçiriləcək

Baxılıb: 537     Tarix: 28-07-2022 10:43   

Dövlət İmtahan Mərkəzi iyulun 31-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirəcək.
Bu barədə DİM-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə yeddi binada təşkil olunacaq. İmtahanda 1735 abituriyentin (Bakı şəhərində 1345 nəfər, Naxçıvan şəhərində 390 nəfər) iştirakı nəzərdə tutulur. İmtahanın idarə olunmasına yeddi ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 157 nəzarətçi-müəllim və 14 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.
İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır və iki saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Qanunvehedef.azшаблоны для dle 11.2