Xəbər lenti
16/09/2025 [11:34]
POEZIYA - Qəni Hüseynov
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İcra başçısı və deputat Yeni Yasamal sakinləri ilə görüşdü - Fotolar

Baxılıb: 670     Tarix: 29-07-2022 10:10   

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Milli Məclisin deputatı Səbinə Xasayeva ilə birgə şəkildə sakinlərin problemlərini bilavasitə öyrənib operativ həll etmək məqsədilə səyyar qəbul keçiriblər.
Qanunvehedef.az xəbər verir ki, qəbul Yeni Yasamal yaşayış massivindəki 286 saylı orta məktəbin akt zalında baş tutub. Qəbulda, həmçinin RİH Başçısının müavinləri, şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Elşad Həsənov əvvəlcə Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq rayonda görülən işlər barədə sakinlərə məlumat verib. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, görülən tədbirlər əhalinin həyat standartlarının yaxşılaşdırılmasına yönəlib.
Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib. Yasamal sakinləri bina liftlərinin təmiri, bina fasadlarının təmiri, səkilərin küçə ticarətçiləri tərəfindən zəbt edilməsi, yaşıllıqlara qulluq və bir sıra sosial məsələlər qaldırıblar. Səmimi şəraitdə və canlı dialoq formatında keçən iki saatlıq qəbulda Rayon İcra Hakimiyyətinin başçısı və millət vəkili vətəndaşların səsləndirdikləri məsələlərin həllinə dair konkret tapşırıqlar veriblər.
Yasamal RİH başçısının əhali ilə görüşləri davam edir.



шаблоны для dle 11.2



Buy yes2win blackhat skill google seo ranking