Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

DYP "Qarabağ" - "Frayburq" oyunu ilə bağlı azarkeşlərə müraciət edib

Baxılıb: 660     Tarix: 03-11-2022 10:58   

"Bu gün - noyabrın 3-də azarkeşlər "Qarabağ" - "Frayburq" oyunu keçirilən stadiona gələrkən əsasən ictimai nəqliyyata üstünlük versinlər".
Bunu BAKU.WS-in sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.
"Bildiyiniz kimi, bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda Azərbaycan çempionu "Qarabağ" Almaniyanın "Frayburq" klubu ilə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də qarşılaşacaq. Əvvəlcədən doğma komandamız "Qarabağ" klubuna uğurlar arzulayırıq.
Məlum olduğu kimi, Tofiq Bəhramov adına Respublika stadionu ictimai nəqliyyat üçün əlverişlidir. Belə ki ərazidə metronun "Gənclik" stansiyasının olması avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandamızının oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərindən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneə törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə Tofiq Bəhramov adına Respublika stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər.
Bir daha ictimai nəqliyyata üstünlük verməyi və oyunun keçirildiyi əraziyə 1 saat əvvəldən gəlməyi tövsiyə edirik", - DYP rəsmisi vurğulayıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar