Mirfəyyaz Nağıyev - Dövrümüzün Musa Nağıyevi
Baxılıb: 1 729 Tarix: 11-01-2023 12:04
İki ildən artıqdır fəaliyyət göstərən “MSDIS Holding”in baş direktoru Nağıyev Mirfəyyaz Oktay oğludur. Holdinq inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə ixtisaslaşıb. Hazırda holdingin tərkibində 5 sahə fəaliyyət göstərir. Bunlar “MS Sement”, “MS Kabel” və “MS Oil”“MS Asfalt” zavodu, “MS Laminat” və “MS Karyer” sahələridir.
İndiyədək holdinq respublikanın paytaxtı Bakıda və əyalətlərdə bir çoxlayihələr həyata keçirərək uğurlara imza atıb. Əlbəttə, kənar müşahidəçi deyə bilər ki, holdinq rəbərliyi bütün sadalana biləcək bu işləri şirkətin qazancı naminə görür və müqavilələrlə üzərinə götürdüyü vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək onun borcudur. Ancaq məsələ burasıdır ki, ölkədə əhalinin məşğulluğunun təmini, milli-müstəqil iqtisadiyyatımızın formalaşması, dövlətimizin büdcəsinin zənginbləşməsinə layiqli töhfə verən MSDIS holdinq tərəfindən daxili imkanlar hesabına çoxlu sayda xeyriyyə işləri də görülür. Mətbuatda, internet resurslarında holdinq rəhbəri Mirfəyyaz Nağıyevin savab əməllərindən bəhs edən xeyli informasiyaya rast gəlmək olar. Mirfəyyaz müəllim əhalinin xüsusilə həssas təbəqəsinə aid şəxslərə - şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına, kimsəsizlərə əlindən gələn köməkliyi göstərir. Holdinq rəhbərliyinə minnətdarlığını idafə etməyə çalışan insanlar səslərinin ucadan eşidilməsi üçün yüksək tribuna axtarır, kütləvi informasiya vasitələrinə üz tutur, onu ötən əsrin əvvəllərinin böyük metsenatı Musa Nağıyevlə müqayisə edirlər.
Abşeron rayonu Xırdalan şəhəri Cabir Novruz küçəsinin (“Riyad” Ticarət Mərkəzinin arxası) bir qrup sakini yaşadıqları məhəllənin abadlaşdırılmasına görə "MSDIS Holdinq"in baş direktoru Mirfəyyaz Oqtay oğlu Nağıyevə və əməyi keçən müəssisə əməkdaşlarına, sadə zəhmət adamlarına, o cümlədən holdinq struktur vahidlərindən olan “Uğur İnşaat” MMC-nin işçiləri Qurban, Eldar və Mehman adlı sadə zəhmət adamlarına təşəkkürlərini bildirirlər. Arzu edirlər ki, "MSDIS Holdinq" dinamik və inkişaf yönümlü strategiyası ilə qarşıya qoyduğu məqsədlərə - investisiya yatırdığı sahələrdə keyfiyyəti, etibarlılığı və dayanıqlığı qorumaq və ölkənin ən öncül şirkətlərindən biri olmaq hədəfinə yetişsin.
Sultanova Kəmalə Kamil qızı
Ən çox oxunanlar
Son xəbərlər