Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bayram namazının vaxtı açıqlandı

Baxılıb: 651     Tarix: 19-04-2023 13:25   

Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna əsasən təqdim etdiyi təqvimə görə, aprelin 21-də Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.
Qanunvehedef.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bayram namazının vaxtını açıqlayıb. O bildirib ki, bayram namazı bəzi məscidlərdə saat 08:00-da, bəzilərində isə 09:00-da qılınacaq.
F.Nurullayev əlavə edib ki, aprelin 20-si axşam isə bayram axşamı hesab edilir. Həmin gün fitrə zəkatı verilməlidir.
F.Nurullayev qeyd edib ki, aprelin 19-da Ramazan bayramı ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası da yayımlanacaq.
Qeyd edək ki, Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Aprelin 21 və 22-də Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar