Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

DYP-dən XƏBƏRDARLIQ - Mayın 7-si səhər saat 8:00-dan bu YOLLAR BAĞLANIR

Baxılıb: 603     Tarix: 05-05-2023 11:13   

"Sürücülərin və hərəkət iştirakçıların diqqətinə çatdırmaq istəyirik ki, "Bakı Marafonu 2023"lə əlaqədar mayın 7-də səhər saat 8:00-dan 14:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyini təmin olunması ilə əlaqədar yollarda hərəkət tam məhdudlaşdırılacaq".
Bunu BAKU.WS-ə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.
"Bayraq Meydanından, Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalınadək, daha sonra Azadlıq Meydanı, Neftçilər və 8 Noyabr prospektləri ilə Ağ şəhər Bulvar yolu, eləcə də Ağ şəhər dairəsi yəni, Xəqani Rüstəmov küçəsi ilə geriyə, Hərbi Qənimətlər Parkı yanından keçərək, Yusif Səfərov - A.Cəlilov küçələrinin kəsişməsindən Cavanşir körpüsü, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Z.Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft dairəsi, Bayıl qəsəbəsi istiqamətinə, Bibiheybət yolu ilə, Su İdman Sarayı ətrafından Bulvar ərazisi ilə, "Bakı Kristal Zalı" yanından Bayraq Meydanına finiş nəzərdə tutulub", - məlumatda qeyd olunub.
Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Küləyə qalib gəl" şüarı altında "Bakı Marafonu – 2023"nin keçirilməsi nəzərdə tutulub.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar