Xəbər lenti
06/05/2024 [12:57]
Sabaha olan hava praqnozu
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

ŞİRVANDA MƏHKƏMƏ QƏRARLARI DA İCRA OLUNMUR.

Baxılıb: 452     Tarix: 15-05-2023 11:05   

Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev cənablarına

Birinci Vitse Prezdenti, Heydər Əliyev Fondun Prezdenti Mehriban xanım Əliyevaya

Respublikanın Baş Prokuroru Kamran Əliyevcənablarına

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Nadim Rəcəbovcənablarına

Respublikanın İnsan Hüqüqları üzrə müvəkkili  (OMBUDSMAN) Səbinə xanım Əliyevaya Respublikanın Ədliyyə Naziri və Məhkəmə Hüqüq şurasının sədri Fikrət Məmmədov cənablarına.


MÜRACİƏT:

Şirvan şəhər, 1 may küçəsi (Nizami küçəsinə bitişik), ev №1 ünvanda yaşayan HACI Güllü Atamoğlan qızı Məmmədova dəfələrlə müxtəlif instansiyalara yerli və ali rəhbər orqanlara kommunal xətlərin (su, kanalizasiya, qaz, işiq) bərpası üçün müraciətlər etmişdir. Bu barədə “Asan Xidmət” dənavqust 2019-cu ildə “Azərişıq” ASC-nə, “Azərsu” ASC-nə və “Azəriqaz” İstehsalat Birliyinə sənədlərlə müraciətlər göndərildiyinə baxmayaraq kommunal xətlər bərpa edilməmişdir. Bu səbəblərdən də ailə üzvləri arasında şəraitsizlikdən valideyinləri və qardaşları Yaqub və Mehman Atamoğlan oğlanları faciəli şəkildə dünyasını dəyişmişlər.

HACI Güllünün kiçik qardaşı Şirvan şəhərndən İLK EKSTRASENS Telman Atamalıyevin 2002-ci ildə təsis etdiyi və YUNESKO-nın himayəsinə təqdim edilmiş mərhum anası HƏZRƏTİ SONABƏYİM xanımın EV MUZEYİ VƏ AÇIQ HAVADA MUZEYİ VƏ TARİXİ ABİDƏLƏRİnin tərkib hissəsi olan bu sözü gedən ünvanda nəhayət ki,təbii qazın bərpası üçün Şirvan İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il  tarixli 2-1(120)-387/2022 nömrəli qərarının qüvvəyə mindiyi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən icra olunmağı üçün“Azəriqaz” İstehsalat Birliyinə göndərmişdir və 13 fevral 2023-cü il tarixli qərarla icra edilməyi tələb olunmuşdur. Azərbaycan Respub. İPM-nin 119.2-ci maddəsinə əsasən cavabdeh: “Azəriqaz” İstehsalat Birliyi 15 gün mütətinə qərarı icra etməlidir. Həmin məcəllənin 120-ci maddəsinə uyğun olaraq qərar vaxtında yerinə yetirilməzsə cavabdeh 50 min manatadək cərimə oluna bilər. Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyi və Salyan rayon regional Qaz İstismar İdarəsi və Şirvan şəhər Qaz İstismar İdarəsi (sahəsi) cavabdeh qismində Bakı İnzibati Məhkəməsinin və İnzibati Məhkəməsinin rəsmi çağırşları olsa da Məhkəmə iclaslarına getməmişlər və Məhkəmə qərarını icra etməmişlər. Belə bürokratik məmurlar xalqı dövlətdən narazı salır, vətəndaşları yersiz olaraq süründürürlər.

Xatırladaq ki, bu ərazinin işğaldan azad edilməyi üçün Şirvan Apeliyasiya Məhkəməsi də 8 sentiyabr 2020-ci il tarixli, 2(106)1154/2020 saylı qətnaməsinin və Ali Məhkəmənin 11 mart 2021-ci il tarixli qərarının icra edilməyi tələbində Şirvan şəhər üzrə İcra və Probasia şöbəsinə anlatmışdır ki; – iddiaçının və boclunun (cavabdehin) nə dediyindən və nə etdiyindən aslı olmayaraq Məhkəmə qərarı icra olunmalıdır.– Lakin məlumdur ki, Şirvan şəhərində bəzi məmurlar və qanunu qorumağa və icra etməyə vəzifə borcu olanlar tərəfindəndə insan hüqüqları tapdanır.

Ölkə Prezidentindən və Birinci Vitse Prezdentindən və Baş Prokurordan və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisindən və Ədliyyə Nazirindən və Məhkəmə Hüqüq şurasının sədrindən və İnsan Hüqüqları üzrə müvəkkilindən xahiş edilir ki, YUNESKO-nın himayəsinə təqdim edilmiş EV MUZEYİ VƏ AÇIQ HAVADA MUZEYİ  VƏ TARİXİ ABİDƏLƏRİNIN işğaldan azadlığı və kommunal ehtiyacları və mühafizəsi aidiyatı təşkilatlar tərəfindən təmin etdirilsin və vurulan maddi və mənəvi zərərlər ödətdirilsin!

Elşadшаблоны для dle 11.2