Xəbər lenti
06/05/2024 [12:57]
Sabaha olan hava praqnozu
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

İkinci turda xaricdən verilən səslər necə hesablanacaq?

Baxılıb: 472     Tarix: 16-05-2023 10:53   

Türkiyədəki prezident seçkilərinin ikinci turunda xaricdə yaşayan türk seçicilər də seçkiyə gedəcək. Bunun üçün lazımi hazırlıq işləri görülür. 
Bəs xaricdə keçirilən səsvermə prosesi bu turda necə olacaq?
Qanunvehedef.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin seçicilər səsvermə hüquqlarını 73 ölkədəki 156 nümayəndəlik və gömrük qapılarında istifadə edə biləcəklər.
Xaricdə səsvermə mayın 20-də başlayacaq.
Mayın 29-u 2005-ci il tarixindən əvvəl anadan olanlar, yəni birinci turdan sonra 18 yaşı tamam olanlar ikinci turda səs verə biləcəklər.
Birinci turda istifadə edilən seçici ünvanları xaricdə səs verəcəklər üçün yenə etibarlı olacaq. Ən çox türk seçicinin yerləşdiyi Almaniyada 13 konsulluq bölgəsində saat 8.00-23.00 arasında səsvermə edilə bilər. Digər 4 seçki məntəqəsində isə səsvermə saatları 9.00-21.00 arasında olacaq.
Bütün səslər mayın 28-də hesablanacaq. Qeydiyyatdan keçməyən seçicilər konsulluğa gedib xarici seçicilərin siyahısında qeydiyyatdan keçməlidirlər.
Səslərin xaricdən Türkiyəyə gətirilməsi birinci turdakı prosesə bənzəyəcək. Diplomatik kuryerlə Türkiyəyə gətiriləcək səslər mayın 28-də Türkiyədə seçki qutuları bağlandıqdan sonra digər səslərlə birlikdə hesablanacaq.шаблоны для dle 11.2