Xəbər lenti
09/05/2025 [18:10]
POLİSƏ TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Əhali ən çox bu dövlət orqanlarının xidmətlərindən istifadə edir - Sorğu

Baxılıb: 566     Tarix: 12-06-2023 10:35   

Sosial Tədqiqatlar Mərkəzi dövlət orqanlarının göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğun qiymətləndirilməsi üzrə hesabatı açıqlayıb. 
“Qafqazinfo” xəbər verir ki, bu barədə Mərkəzin bu gün keçirilən tədbirində məlumat verilib.
Bildirilib ki, tədqiqata başlayarkən Dövlət Xidmətləri Portalında 139 dövlət orqanı üzrə 1005 xidmətin, o cümlədən 501 elektron xidmətin adı qeyd olunub. Ölkə üzrə maksimum əhatəliliyin təmin olunması üçün Naxçıvan MR və işğaldan azad edilmiş ərazilər istisna olmaqla, bütün regionlar seçmə çərçivəsinə daxil edilib.
Sorğuda iştirak etməyə razılıq verən şəxslərə (1518 nəfər) “Bu il ərzində dövlət orqanlarına (qurumlarına) hər hansı xidmətdən istifadə etmək üçün müraciət etmisinizmi?” sualı ünvanlanıb. Onların 29,6%-i (450 nəfər) cari il ərzində dövlət orqanlarının xidmətlərindən istifadə etmək üçün müraciət etmədiyini, 70,4%-i (1068 nəfər) xidmət almaq üçün müraciət etdiyini bildirib.
Respondentlərə “Hansı dövlət orqanlarının  xidmətlərindən istifadə etmisiniz?” sualı ünvanlanıb, onların cari il ərzində istifadə etdiyi, adını şifahi olaraq bildirdiyi xidmətlər və aid olduğu dövlət orqanları intervüyerlər tərəfindən kodlaşdırılıb. Nəticələrin təhlili ölkə üzrə ən çox müraciət olunan dövlət orqanlarını müəyyən etməyə imkan yaradıb.
Belə ki, sorğu nəticələrinə əsasən, cari ilin birinci yarısı üzrə ölkə vətəndaşlarının yarısı, yəni 50,3%-i İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, 31,5%-i Daxili İşlər Nazirliyinin, 26,1%-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlərindən istifadə etmək üçün müraciət edib. Bu dövlət orqanları respondentlərin xidmət almaq üçün müraciət siyahısında ilk üçlükdə yer alıb.
Sorğunun nəticələrinə əsasən, respondentlər tərəfindən xidmət üçün müraciət olunmayan dövlət orqanları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Reklam Agentliyi və Əqli Mülkiyyət Agentliyidir.
Dövlət orqanlarına xidmət almaq üçün müraciət edənləri gender bölgüsü üzrə nəzərdən keçirsək, sorğu iştirakçıları arasında Kənd Təsərrüfatı Nazirliyinin xidmətlərindən faydalanmaq üçün müraciət edənlərin 83,5%-i, Daxili İşlər Nazirliyi üzrə 74,1%-i, iqtisadiyyat Nazirliyi üzrə 71,2%-i, Ədliyyə Nazirliyi üzrə 66,9%-i, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 58,8%-i kişilər olub. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlərindən faydalanmaq Təhsil Nazirliyi üzrə 72,4 faizi qadınlar olub.
Respondentlər tərəfindən xidmətlərə ümumilikdə 2740 müraciət üzrə onların faydalandığı hər bir xidmətdən məmnunluq səviyyəsini öyrənmək məqsədilə bu istiqamətdə bir sıra suallar ünvanlanıb.
Qeyd edək ki, ilk olaraq respondentlərin xidmətlərin göstərilmə müddətindən razılıq səviyyəsini öyrənmək hədəflənib. İctimai rəy sorğusundan əldə olunan Ümumi, yəni bütün xidmətlər üzrə məcmu nəticəni nəzərdən keçirdikdə respondentlərin 51,3%-i xidmətin göstərilmə müddətindən çox məmnun olduğunu, 26,2%-i əsasən məmnun olduğunu bildirib. Sorğuda iştirak edənlərin 3,5%-i əsasən məmnun olmadığını, 18,7%-i heç məmnun olmadığını ifadə edib. Respondentlərin 0,3%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.
Məşğulluq göstəriciləri üzrə nəzərdən keçirdikdə, dövlət sektorunda işləyənlərin 12,8%-i, fərdi əmək fəaliyyəti ilə məşğul olanların 22,4%-i və işsiz respondentlərin 29,8%-i xidmətlərin göstərilmə müddətindən heç məmnun olmadığını bildirib.
18-25 yaş qrupunda olan respondentlərin 43%-i, 36-45 yaş qrupunda olanların 51%-i, yaşı 66-dan yuxarı olanların 60%-i xidmətlərin göstərilmə müddətindən çox razı olduğunu qeyd edib.

Əbdülqəni Hüseyinovшаблоны для dle 11.2



Ən çox oxunanlar