Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

“Azərbaycan Polisi öldürmür, işğal etmir,qoruyur…DİN-nin Polisi erməni deyil, azərbaycanlıdır!!!”-Jurnalist Aybəniz Abdulova

Baxılıb: 479     Tarix: 05-07-2023 12:55   
 
Bu məqaləmi  oxuyan  həmkarlardan (Vətəndaşlardan)  heç biri  məndən incik düşüb arxamca ağız  büzməsinlər. Sadacə olaraq Gədəbəy rayonunda  baş verənlər haqqında  bir  çox ümumi məqamları  qısa olaraq qələmə almağa çalışacağam…(Hələlik)
Əgər bu gün aksiyaların  təşkil olunması dünyanın hər yerində  mümkün olduğunu nəzərə alsaq, onda Azərbaycanda  baş verən aksiyaya da bu qədər də  təcüblənməyimizə dəyməz.
Şəxsən mən  bir media əməkdaşı olaraq, aksiya iştirakçılarının  polisə qarşı  bu cür   qeyri-etik davranışlarını  birmənalı olaraq qınayıram. Səbəb olduqca sadədir. Sözügedən rayonda  bu gün  baş verən hadisələr  onu deməyə əsas   verir ki, bəzi vətəndaşlarımız  dövlətin qanunlarına tabe olmaq istəmirlər. Yazılmamış qanunlarla öz  ambisiyalarından  əl  çəkmək istəmirlər.  Belə olan halda  vətəndaş özbaşınalıqlarının qarşısını almaq üçün  ən ağır məsuliyyət Polisin üzərinə düşür. Ən qorxulusu da budur ki, bu zaman onları sakitləşdirmək olduqca çətin olur. Etiraz aksiyaları zamanı kimisi polislərə daş atır, kimisi səs tonunu qaldırır, kimi sözlə,  kimisi də hətta təhqir  belə  etməkdən çəkinmirlər.  Vicdanla  xidmət edən Polislərimizin işgüzar nüfuzuna, şərəf və ləqaqətinə  xələl gətirirlər. Bu, əlbəttə ki, yolverilməzdir. Belə həssas bir məqamda  Polis yenə də vətəndaşların dərdinə şərik olur, təmkinini pozmadan susur.
Vətəndaşların Polisə qarşı bu cür  hörmətsizliyi   hesab edirəm ki, ölkə daxilində  baş verən bütün hadisələrə  hər  zaman dərhal obyektiv reaksiya verən Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov  üçün  bu,  heç də xoş  deyil.
Axı, bu gün  DİN-də  polis adını uca tutan,  bu şərəfli peşənin andına sadiq qalan öz vəzifə borclarını  vicdanla  yerinə yetirən polislərimiz  xidmət edir.
Tarixə bir anlıq  nəzər salaq  və erməni vəhşiliklərini  xatırlayaq….  Təkcə onu qeyd edim ki, Milli ordumuzun hələ yaradılmadığı o  müharibə illərində
bayrağımızı zirvələrdə dalğalandırmaq naminə canını, qanını torpaqlarımızın qorunması uğrunda   qurban verən  mindən artıq qazi  və şəhid olan  Milli Polislərimiz var idi. Bu gün onların müqəddəs xatirələri əlbəttə ki,  qəlbimizdə  əbədi yaşayır və yaşamaqdadır. Biz  onları unutsaq, unudularıq.
Bütün yuxarıda qeyd etdiklərimə  yekun vuraraq,  aksiyanın  görünməyən tərəflərinin   analitik  təhlildən sonra  belə demək olar ki,bu  gün   ölkəmizin  bəzi  vətəndaşları  üçün Polis  qəhrəman olmaya bilər.  Amma  heç vaxt Azərbaycan polisi Ermənistanın  erməni polisi   ilə zərrə qədər  belə  müqayisə edilə bilməz!
Bunu heç kim unutmasın ki, Polis   insan  öldürmür, Polis torpaq işğal etmir, Polis dövlətini və onun vətəndaşını qoruyur. Bizim Polis erməni deyil, azərbaycanlıdır!!!
Buna əsla şübhə etməyə dəyməz. Ölkəmizin Polisləri  haqqında  yazılası, təriflənəsi  o qədər bitməz  cümlələrim  var ki…
Yazıram ki, polislər  xidmətlərinə verilən  qiyməti, dəyəri  sayt və  qəzet səhifələrində  oxuyub şad olsunlar. Bu, onların  halal haqqıdır.
Polis deyəndə,   gözlərim önündə  təbiətən  gözütox, alicənab,  vicdanlı, başıuca, amalı  təmiz,  xoş simalı, sözün əsl  mənasında qayğıkeş,  həssas,  istiqanlı, humanist,  mehriban və sadə  bir insan ən əsası dövlətini  və xalqını  ürəkdən sevən, Vətəninə bağlı  olan ona ləyaqətlə, vicdanla xidmət edən Polis canlanır.
Yuxarıda sadaladığım  bütün bu müsbətləri bir amalla   özündə birləşdirib Azərbaycan Polisi.
Bəzi  məmurlarımız var ki,    özlərini  qəbul zamanı vətəndaşla  ünsiyyətdə təkəbbürlü,  zəhmli göstərirlər. Fəhləyə  əl verib görüşməyi belə özlərinə rəva  görmürlər. Bəlkə də,   elə buna görə  vətəndaşların  hörmətini qazanıb  yaxşı insan kimi  nəinki yaddaşlarda qalmır, heç  xatırlanmırlar.
Polislərlə  bir media işçisi kimi  əməkdaşlıq  etdiyim üçün  əminliklə qeyd edə bilərəm ki, rütbəsindən  asılı olmayaraq  istənilən  bir  polis əməkdaşı  qəbuluna gələn vətəndaşlarla  əl tutub görüşər,  kimin nə  çətinliyi problem varsa  otaqdayam  buyurub gəlsin deyər.  Mən  Polislərimizin vətəndaşlara  nə qədər hörmətlə yanaşaraq qayğı   göstərdiklərinin  şahidi olmuşam.
Bu gün yeganə  fasiləsiz  xidmət  edən dövlət strukturu yalnız  Daxili  İşlər Nazirliyidir ki, qapısı hər bir vətəndaşın  üzünə  açıqdır. Belə ki, günün istənilən  anında  vətəndaş  şikayətini   çəkinmədən  Polisə yaxınlaşıb  bildirə  bilir.
Vətəndaşları  dinləməyi, təmkinlə  qulaq asmağı  bacaran, hətta, köməyə  ehtiyacı olan vətəndaşlarımıza humanist  yardım  edən  polislərimizdə az deyil.
Belə bir sadəlik onların yaraşığıdır. Bu onun nəticəsidir ki,  bu gün xidmətdə olan Polislərimizə  hörmətimiz,  ehtiramımız  olduqca sonsuzdur.
Azərbaycan  Polislərimizin  xidmət  yolu   bütün dünyada  hər kəsə örnəkdir!
Əlbəttə, belə uzun Şərəfli yolu davam edən  Azərbaycan polisinin yaranmasının  105-ci  ildönümü  də bizim üçün əlamətdar  bayramdır.
Onlar fəaliyyət göstərdiyi xidmətlə bu 105 il ərzində ictimai asayişi qoruyaraq  dövlətinə sadiqliyini hər zaman sübut edib və vətəndaşlarımızın  təhlükəsizliyini təmin edib, kiçikdən-böyüyə hər kəsə dəstək olub!
Bu gün mən bir media əməkdaşı kimi Sizlərə təşəkkür edirəm. Siz vətəndaşlara dəstək olduğunuz kimi, mən də jurnalist olaraq hər zaman Sizə dəstəyəm, Əziz, Polislər!
Bu əlamətdar tarixi gün münasibətilə başda Daxili İşlər Naziri general-polkovnik cənab Vilayət Eyvazov olmaqla,  Daxili İşlər Nazirliyinin
şəxsi heyətini 2 iyul Azərbaycan Polisi Günü- peşə bayramı  münasibətilə ürəkdən təbrik edib, çətin və şərəfli xidmətinizdə uğurlar arzulayıram! Peşə Bayramınız mübarək olsun, Azərbaycan Polisi!!!

Aybəniz ABDULOVA,
“Azərbaycan Jurnalistlər Birliyin”in üzvü,
jurnalist-araşdırmaçı,yazar
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar