Xəbər lenti
04/09/2026 [14:38]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Aylarla gözləyirlər, sonda qərar verilir ki, satmaq olmaz”

Baxılıb: 869     Tarix: 06-07-2023 13:30   


“Bir neçə əsas şirkətin rəhbərləri ilə görüşmüşəm. Bildirilir ki, Azərbaycana gətirilən dərmanların sertifikasiya məsələsi çox qəliz iş olub. Aylarla gözləyirlər və sonda da qərar verilir ki, satmaq olmaz. Niyə müddət bu qədər uzundur?”
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri deputat Vahid Əhmədov Milli Məclisin iclasında bildirib.
“Dərman qıtlığı nədən yaranıb? Ölkə apteklərində çox ciddi dərman qıtlığı var. Dərmanın keyfiyyəti də ciddi məsələdir. Dərman alırsan, amma heç bir təsir göstərmir. Alman apteklərindən alınan dərmanlar isə keyfiyyətli olur, niyə? Qiymətlərin baha olması ilə əlaqədar neçə vaxtdır deyilir ki, layihə hazırlanır. Təqdim edin görək o nə layihədir”.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov cavab olaraq bildirib ki, bu barədə ciddi problem var: “Dərmanın keyfiyyət və qiymətləri ilə bağlı, doğrudan da, ciddi problemlər var. Ciddi səbəb isə ölkədə dərman istehsalının olmamasıdır. Dərmanların əksəriyyəti xaricdən gətirilir, bu da ciddi problemlər yaradır”.

Əbdülqəni Hüseynov



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar