Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Bayramova Vüsalənin növbəti uğuru.

Baxılıb: 623     Tarix: 24-07-2023 14:17   

 İnformasiyanın təqdimində dəqiq və qərəzsiz olmaq, peşə etikasına əməl etmək, dövlətin, vətəndaşların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq prinsipləri jurnalistin əsas vəzifələrinə daxildir. Əslində, beynəlxalq jurnalistika praktikasında informasiyanın qiyməti və keyfiyyəti jurnalistin öz peşəsi ilə məşğul olduğu zaman həmin postulatlara necə əməl etməsilə ölçülür. Peşəkar, dəqiq, qərəzsiz, operativ, cəsarətli, çevik, vicdanlı və s. kimi yaradıcılıq prinsiplərini əks etdirən və ilk baxışda sadə görünən bu sözlərin sırada yerini dəyişmək olar. Ancaq onların ifadə etdiyi məzmunu dəyişmək mümkün deyil. Çünki bu sözlərdə jurnalistin peşəkarlıq, müasirlik, təsiretmə və hətta, dünya düzənini dəyişmə imkanı ifadə olunur. Yeni əsr jurnalistlərdən maksimum peşəkarlıq tələb edir. Böyük peşəkar olmağın yolları isə öyrənməkdən, təcrübədən keçir. Bütün bu sadalanan tələblərə cavab verən jurnalistlərdən biri də haqqında söz açdığımız Bayramova Vüsalə.
Bayramova Vüsalə Elçin qızı 28 Sentiyabır 1982-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Hələ gənc yaşlarından dövri mətbuatda müxtəlif səpkili məqalələrlə çıxış edir. Hazırda “Qanun və Hədəf” beynəlxalq ictimai-siyasi hüquq qəzetində Baş redaktor muvini vəzifəsində işləyir.
Ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən hadisələrə, dövlətimizin rəhbərliyi tərəfindən aparılan mütərəqqi islahatlara cəmiyyətin, ictimaiyyətin münasibətini öyrənib oxucuları ilə paylaşmaq, Bayramova Vüsalə jurnalistika fəaliyyətində mühüm istiqamət təşkil edir.
Ədəbi ictimaiyyət, jurnalist birlikləri Bayramova Vüsalə yaradıcılığına yüksək dəyər vermiş, Bayramova Vüsalə jurnalist fəaliyyətində əldə etdiyi uğurlu nəticələrə, peşə etikasının tələblərinə riayət etdiyinə, seçdiyi mövzulara yanaşmada obyektiv, qərəzsiz mövqeyinə görə  22 İyul  Milli Mətbuat Günü Münasibəti ilə “Qanun və Hədəf” qəzetinin Fəxri Diplomuna layiq görülmüşdür.
Vüsalə xanıma möhkəm can sağlığı, peşə fəaliyyətində, ədəbi yaradıcılığında yeni-yeni müvəffəqiyyətlər, tükənməz təsir bağışlayan enerjisini daim qoruyub saxlaya bilməsini arzulayırıq.

“Qanun və Hədəf”шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar