Xəbər lenti
04/09/2026 [14:38]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Tarixçi alimin məhkəməsinə 38 şahidin məcburi gətirilməsi qərarı verilib

Baxılıb: 512     Tarix: 26-07-2023 11:17   

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları - tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə verib.
Hakim Azad Məcidov şahidlərin bir qisminin çağırılsa da, məhkəməyə gəlmədiklərini bildirib. Qeyd olunub ki, iş üzrə 42 şahidin sadəcə, 4 nəfəri ifadə verib. Qalan 38 nəfərin isə məhkəməyə məcburi gətirilmısinin təmin edilməsi barədə qərar qəbul edilib.
Proses avqustun 16-da davam etdiriləcək.
Qeyd edək ki, Səbubi Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi, onun həyat yoldaşı Gülüstan İsayeva isə kadrlar şöbəsinin müdiri olub. Onlar Qarabağda tədqiqat aparılması məqsədilə ayrılmış vəsaitlərin 92 min manatını mənimsəməkdə ittiham olunurlar.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313(vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Onların hər ikisi barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar