Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

"Hər hansı bankın bağlanacağını deyənlər fakt göstərməlidir" - Taleh Kazımov

Baxılıb: 626     Tarix: 26-07-2023 12:48   

Azərbaycanda hər hansı bankın bağlanacağını deyən ekspertlər fakt göstərməli, iddialarını əsaslandırmalıdır.
Qanunvehedef.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
"Mən fərziyələri şərh etmirəm. Hazırda ölkədə ciddi problemi olan bank yoxdur. Bizim əsas işimiz maliyyə sabitliyini təmin etməkdir. Əsas odur ki, maliyyə sektoru sabit inkişaf etsin, iqtisadi artıma dəstəyi təmin etsin, kreditorların hüquqları qorunsun. Hansı maliyyə institutu (bank) maliyyə sabitliyinə xələl gətirirsə AMB lazımi tədbirlər görür. İlk öncə onunla maarifləndirmə işləri aparırıq. Əgər səhmdarı problemi həll edə bilmirsə, lisenziya ləğv edilir. Maliyyə sektorumuz dayanıqlıdır və biz burada ciddi risklər görmürük", - deyə o qeyd edib.
Hazırda Azərbaycanda 24 bank fəaliyyət göstərir. Onlardan 2-si bu ilin I yarısını zərərlə başa vurub.
AMB sonuncu dəfə bu il mayın 16-da "Günay Bank" ASC-nin lisenziyasını ləğv edib.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar