Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Hərbi Prokurorluq: Xalqımıza qarşı törədilmiş cinayətlərlə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir

Baxılıb: 627     Tarix: 11-09-2023 14:19   

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə işğal altında olan tarixi torpaqlarımız azad olunmuşdur. Azərbaycan Prezidentinin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi və xalqımızın əzmkarlığı ilə həmin ərazilərdə yüksək intensivliklə abadlıq-quruculuq işləri həyata keçirilir.
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən bildirilir ki, Qubadlı rayonunun Məlikəhmədli kəndində və Zəngilan rayonunun Vejnəli kəndində Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan insan meyitinin qalıqları ekshumasiya edilib, həmin meyit qalıqları ilə bağlı məhkəmə-tibbi kriminalistik və məhkəmə molekulyar-genetik ekspertizaları təyin edilərək icraya yönəldilib və digər zəruri hərəkətlər yerinə yetirilib.
Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və digər cinayət faktları ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 103-cü (Soyqırım), 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win pbn google seo ranking