Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Mina terrorunda şəhid olan polkovnik-leytenant İkinci Şəhidlər xiyabanında dəfn edilib - FOTO

Baxılıb: 580     Tarix: 25-09-2023 14:15   

Sentyabrın 24-də "KamAZ" markalı hərbi nəqliyyat vasitəsinin minaya düşməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun polkovnik-leytenantı Əkrəm Şadmanov dəfn edilib.
Qanunvehedef.az report-a istinadən xəbər verir ki, mərhum İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, mərhumun yaxınları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, sentyabrın 24-ü saat 17:35 radələrində Azərbaycan Ordusuna məxsus "KamAZ" markalı hərbi nəqliyyat vasitəsi minaya düşüb.
Mövqelərimizin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Şadmanov Əkrəm Yunis oğlu və Seyidov Tural İslam oğlu şəhid olub.
Digər hərbi qulluqçumuz Əliyev Elvin Taleh oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb. Yaralı hərbçimizə ilkin tibbi yardım göstərildikdən sonra o, dərhal yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib. Vəziyyəti stabildir, həyatı üçün
heç bir təhlükə yoxdur.  

 
Qanunvehedef.az шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar