Xəbər lenti
27/09/2024 [14:14]
Sabah 27° isti olacaq
Arxiv
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Şəhidlik şərəf, qeyrət, ucalıq zirvəsidir Vətən müharibəsi şəhidi Əsəd Əsədlinin doğum günü qeyd olunub

Baxılıb: 725     Tarix: 18-06-2024 13:51   
  
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ömür yolu örnəkdir. Şəhidlik qəhrəmanlığın ən ali məqamıdır. Bu zirvəyə ucalmaq hər kəsə nəsib olmur. Yalnız məqsədləri, amalları uğrunda vuruşan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən, ləyaqətli, cəsarətli, vətənpərvər insanlar bu zirvəyə ucala bilərlər. Bu ali məqama, şəhidlik zirvəsinə yüksələnlər ölməzlik qazanırlar, elə Əsəd Əsədli kimi...
Belə bir deyim var: Deyirlər torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda vətən olur. Ürəyi, qəlbi vətən sevgisi ilə döyünən, ikinci Qarabağ müharibəsində şərəfli döyüş yolu keçərkən şəhidlik zirvəsinə ucalan Şəhid Əsəd Mahir oğlu Əsədli də döyüş meydanında qanı ilə tarix yazan qəhrəmanlarımızdan oldu.
17.06.2024-cü il tarixində Vətən müharibəsi şəhidi Əsəd Mahir oğlu Əsədlinin doğum günündə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Dövlət İqtisad universiteti Qiyabi təhsil şöbəsinin dekanı Səbuhi Tanrıverdiyev şəhidin II Fəxri Xiyabandakı məzarını ziyarət etdilər.
Əslən Masallının Çayqıraq kəndindən olan Əsəd 17.06.1995-ci il  tarixində Bakıda dünyaya gəlmişdir. Bakının Nizami rayonunda Milli Qəhrəman şəhid Yuri Kovalyov adına 229 saylı tam orta məktəbi bitirib. Azərbaycan İqtisad Universitetində ali təhsil almışdır.
Əsəd Əsədli 2016-2018-ci illərdə Naxçıvanda ordu sıralarında xidmət etmiş, hərbi kəşfiyyatçı peşəsinə yiyələnmişdi. Hərbi xidməti keçdiyi müddətdə iki dəfə komandanlıq tərəfindən nümunəvi xidməti qeyd olunmuş, tərifnamə ilə təltif edilmişdi.
2020-ci ilin payızında Əsəd Əsədli sentyabrın 30-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə qatılmışdır. Əsəd Əsədli Füzuli və Hadrutun azad edilməsində savaşıb. Son döyüşü noyabrın 9-da Xocavənd rayonunun strateji yüksəkliklərindən birinin müdafiəsi uğrunda olub. Əsəd 21 nəfər döyüş yoldaşlarını mühasirədən çıxarsa da, özü şəhid olub. II Fəxri Xiyabanda dəfn edilib.
Əsəd, hər zaman vətənpərvərliyi və vətəninə olan sevgisi ilə şagird vaxtı məktəbdə, universitet vaxtı universitetdə, hərbi xidməti zamanı isə əsgərlər arsında həmişə fərqlənmişdir.
Əsəd Əsədli ölümündən sonra 3-cü dərəcəli "VƏTƏNƏ XİDMƏTƏ GÖRƏ" ordeni, "VƏTƏN UĞRUNDA", "HƏRBİ XİDMƏTƏ GÖRƏ", "FÜZULİNİN AZAD OLUNMASİNA GÖRƏ" və "XOCAVƏNDİN AZAD OLUNMASİNA GÖRƏ" medalları ilə təltif edilib.
Əsədin valideynləri - Əsədli Mahir Malik oğlu və Əsədli Səidə Tərlan qızı vətən uğrunda canını fəda etmiş oğullarının qəhrəmanlığı ilə fəxr edirlər. Azərbaycan Respublikasının Prezidenti və Silahlı qüvvələrin Ali Baş komandanı İlham Heydər oğlu Əliyevin bütün şəhidlərimizə və onların ailələrinə göstərdiyi diqqəti nəticəsində, Bütün Azərbaycan xalqı Əsədi və Əsədin timsalında bütün şəhidlərimizin göstərdiyi fədakarlığı və qəhrəmanlığı hər zaman yadda saxlayacaq və gələcək nəsillərə çatdıracaqdır.
Əsədin ailəsi, onun xatirəsini əziz tutur və onun qəhrəmanlığını yaşatmaq üçün müxtəlif tədbirlərdə iştirak edir, şəhid ailələri üçün təşkil olunan anım mərasimlərində fəal iştirak edərək, digər şəhid ailələri ilə birlikdə birlik və həmrəylik nümayiş etdirirlər.
Azərbaycan dövləti və xalqı, şəhid ailələrinə hər zaman xüsusi diqqət və qayğı göstərir. Şəhid ailələri üçün müxtəlif sosial proqramlar həyata keçirilir, onlardan  biri də Azərbaycan Dövlət İqtisad universitetində Qiyabi təhsil şöbəsinin dekanı Səbuhi Tanrıverdiyevin təşkilatçılığı ilə Şəhid ailələrindən, yüzlərlə tələbədən və müəllim heyətindən ibarət olan tədbir keçirir, onun haqqında xatirələrini bölüşürlər. Əsədin ailəsi də bu proqramlardan faydalanır və cəmiyyətin dəstəyini hiss edir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlik şərəf, qeyrət, ucalıq zirvəsidir. Vətənimiz Azərbaycanın bütövlüyü uğrunda şəhadət kəfəninə bürünüb şəhidlik zirvəsinə ucalan oğullarımıza borcluyuq. Şəhid qanları ilə suvarılan vətənin hər qarışı müqəddəsdir, hər birinin döyüş yolu bir tarixdir. Vətən müharibəsində qəhrəmanlıq tarixinin yazılmasında Əsəd Əsədlinin imzasının olmasi da məhz bu sevgiyə bağlıdır. Vətən sevgisi, torpaq sevgisi.
Müqəddəs dinimizə görə də insanın ucala biləcəyi ən yüksək mərtəbələrdən biridir şəhidlik. Bu gün bizim hər birimiz şəhidlərimizin qanı ilə yuyulan torpaqda yaşayırıq. Bu gün bu torpaqlarda sərbəst şəkildə hərəkət edib, xoşbəxt, firavan yaşayırıqsa, bunun üçün ölümün gözünə dik baxan, vətənin bütövlüyü və xoş gələcəyi üçün canından, qanından keçmiş şəhidlərimizə borcluyuq.

 Tural Elxan oğlu Nəbiyev














 
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar