Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Türk professordan həyəcanlı açıqlama: "Virus 15-20 günə yox olar..."

Baxılıb: 1 241     Tarix: 16-07-2020 11:15   

"Hamımız qaydalara əməl etsək, virus ötürülməz, 15-20 gün ərzində yox olar, epidemiya dayanar. Bədənin immmuntet qazanma üsulları isə peyvənd vurdyrmaq, infeksiya keçirmək və plazma ilə təmin olunmaqdır".
Qanunvehedef.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Səhiyyə Nazirliyi Koronavirus Elmi Şurasının üzvü, professor Tofiq Özlü deyib.
O bildirib ki, COVID-19 virusuna qarşı bu üsullar da tam etibarlı sayılmır: "İnfeksiyanı keçənlərin əksəriyyətinin orqanizmində COVID-19-a qarşı əks-cisimlərin meydana gəlməsinə baxmayaraq, virusdan müdafiə olunub-olunamması dəqiq məlum deyil. Bəzi xəstələrdə ömür boyu, bəzilərində isə 3-4 ay sürən qoruyuculuq olur.
COVID-19-a yoluxanların təkrar infeksiyanı keçirib-keçirməyəcəyini dəqiq bilmirik. Virusa qarşı təsirli və etibarlı bir vaksin isə hələ tapılmayıb. Tapılacaq vaksinin isə təsir müddəti bilinməyəcək".
Professor virusun tez bir zamanda mutasiyaya uğraya biləcəyinə də işarə edib: "Viruslar genetikasını dəyişdirərək sürətli mutasiya keçirir. Burda bir əsas çıxış yolu var. Virusa yoluxmamağa diqqət etməliyik.Hamımız qorunsaq, qaydalara əməl eləsək, virus 15-20 gün ərzində yox olar, epidemiya dayandırılar".
Qeyd edək ki, Türkiyədə son zamanlar koronavirusa yoluxma sayı 1000-dən aşağı düşüb, ölüm halları isə 20-dən azdır.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar