Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Belarusun “Vaqner" üzvlərini Rusiyaya verməsi... - Ukrayna

Baxılıb: 711     Tarix: 15-08-2020 10:53   

Belarusun "Vaqner" üzvlərini Rusiyaya verməsi Ukrayna və Belarus arasındakı qarşılıqlı münasibətləri pisləşdirəcək.
Qanunvehedef.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
“Təəssüf ki, Belarus hakimiyyəti qanuna uyğun olmayan qərar qəbul etdi. Bu, Ukraynaya münasibətdə dost olmayan addımdır. Ukrayna bu döyüşçülərin Kiyevə verilməsi üçün kifayət qədər sübut toplayıb”, – deyə o bildirib.
Qeyd edək ki, rəsmi Minsk çevriliş həyata keçirmək istəyən 200-ə yaxın rus muzdlusunun ölkəyə gəldiyini, onlardan 33 nəfərini isə həbs edə bildiyini açıqlamışdı. Ukrayna həmin muzdluların Donbas savaşında iştirak etdiyini bildirərək, həbs edilən "Vaqner" üzvlərinin Kiyevə verilməsini istəmişdi.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar