Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İrəvan yenə “aldatmağa” cəhd etdi

Baxılıb: 676     Tarix: 01-09-2020 12:20   

Ermənistan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib və heç nə ilə məhdudlaşa bilməz.
Qanunvehedef.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan deyib.
“Ermənistan regional təhlükəsizliklə bağlı məsuliyyətli iştirakçıdır. Bizim hərbi texniki əməkdaşlığımız hansısa üçüncü ölkəyə qarşı yönəlməyib.
Hərbi-texniki sahədə qarşılıqlı fəaliyyətimiz qarşılıqlı təhlükəsizlik maraqlarına əsaslanır və mövcud razılaşmalar əsasında gerçəkləşdirilir. Rusiya regiondakı balansı pozmur”, – deyə o bildirib.
Qeyd edək ki, Ermənistanın işğalçı dövlət olduğu BMT qətnamələrində də təsdiqlənib və bu ölkənin silahlanmasının üçüncü ölkəyə qarşı olduğu kimsədə şübhə doğurmur.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar