Xəbər lenti
29/08/2026 [15:37]
Bakıda leysan olacaq
28/08/2026 [13:10]
Sabah hava necə olacaq?
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Nikol onu ifşa edən səfirə yeni cinayət işi açdırdı

Baxılıb: 592     Tarix: 11-09-2020 10:26   

Ermənistanın Vatikandakı keçmiş səfiri, Mikael Minasyana növbəti cinayət işi açılıb.
Qanunvehedef.az “Tert.am”a istinadla xəbər verir ki, keçmiş səfir bu dəfə adına olan əmlakları məhkəmədən gizlətməkdə ittiham olunur. Mikael Minasyan isə ona qarşı irəli sürülən ittihamları rədd edib.
Erməni diplomatın vəkili Mehran Poqosyan bildirib ki, keçmiş səfər mal varlığı ilə bağlı bəyannaməni doldurarkən texniki səhvə yol verib. Hakim isə keçmiş səfirin əsaslandırmasını qəbul etmədiyini vurğulayıb.
İşğalçı ölkənin Vatikandakı keçmiş səfiri eyni zamanda, maliyyə fırıldaqlığında, səfirlik üçün dövlət tərəfindən ayrılan pulların şəxsi mənfəətlər üçün sərf edilməsində ettiham olunur.
Keçmiş prezident Serj Sərkisyanın kürəkəni olan Minasyan Paşinyanın cinayətkar əməllərini ifşa edən əsas sima kimi tanınır. Belə ki, sabiq səfir Paşinyan və onun ailəsinin qanunsuz ticarəti, xarici banklarda yerləşdirdiyi külli miqdarda vəsait, o cümlədən Sərkisyanın kadrlarından cinayət işi açılmaması və ölkəyə gəlib-gedə bilmələri müqabilində xarici səfərlərində aldıqları milyonlarla rüşvət barədə sensasion faktlar təqdim etmişdi.



{sape_links}{sape_article}