Xəbər lenti
29/08/2026 [15:37]
Bakıda leysan olacaq
28/08/2026 [13:10]
Sabah hava necə olacaq?
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

ABŞ və Rusiya terrorçularla müzakirə aparır – Həkim

Baxılıb: 624     Tarix: 16-09-2020 10:47   

ABŞ, Rusiya və Misir Suriya Demokratik Qüvvələrini (SDQ) Cenevrədəki iclasda masaya oturtmaq istəyir.
Qanunvehedef.az xəbər verir ki, bunu Suriya Müxalif və İnqilabi Qüvvələr Regional Koalisiyasının (SMDK) Türkiyə təmsilçisi Nəzir Həkim deyib.
“Misir, Rusiya və Əsəd rejiminin PKK-nın qolu sayılan SDQ arasında anlaşma olduğunu hiss edirik. Moskva ilə SDQ arasında yaxın əlaqələrin olduğu aydındır. Misir, Rusiya və Əsəd rejimi bacardıqları qədər SDQ-dən istifadə edir. Bunu yaxşı bilməlidirlər ki, terror təşkilatları Türkiyənin qırmızı xəttidir. Terrorçuların o masada oturmasına heç vaxt icazə verməyəcəyik. Cenevrə masasında yer alan qruplarda kimlərin olduğunu incə detalına kimi araşdırırıq”, - N.Həkim bildirib.



{sape_links}{sape_article}