Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Cənubi Koreya BMT-dən yardım istədi

Baxılıb: 706     Tarix: 23-09-2020 12:14   

Cənubi Koreya Prezidenti Mun Çje İn BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsindəki videomüraciətində təşkilatdan Şimali Koreya ilə müharibəni bitirmək barədə bəyannamənin imzalanmasına kömək etməsini istəyib.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Onun sözlərinə görə, artıq Koreya yarımadasında "həlli uzanan faciəni" aradan qaldırmağın vaxtı gəlib çatıb.
Cənubi Koreya lideri qeyd edib ki, bu müharibə tamamilə və həmişəlik başa çatmalıdır.
"BMT və beynəlxalq ictimaiyyətin müharibənin başa çatması bəyənnaməsindən sonra sülh və firavanlıq dövrünə addım atmağa dəstək olacağına ümid edirik", - deyə Mun Çje İn bildirib.
Xatırladaq ki, Koreya müharibəsi 25 iyun 1950-ci ildən 27 iyul 1953-cü ilə qədər davam edib. Müharibənin başa çatması rəsmi şəkildə elan olunmayıb./oxu.az

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar