Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bunkerdən qaçanların İrəvandakı hökumət müşavirəsi - Foto

Baxılıb: 682     Tarix: 06-11-2020 10:37   

Bu maskalı, hərbi mundirli kişilər (cins mənasında) qondarma və keçmiş "dqr"in "rəhbərləri"dir.
Qanunvehedef.az Musavat.com-a istinadən xəbər verir ki, başdakı günümüzün Əbubəkr Bağdadisinə (öldürülmüş İŞİD lideri) çevrilmiş Araik Arutyunyana oxşayır. Bağdadi kimi onun da bir neçə dəfə "öldü", "vuruldu" xəbəri çıxdı, amma belə görünür ki, ya adamın "oxşar"ını tapıblar, ya da o, başını hər dəfə salamat qurtarır.
Məkan isə nə Xankəndidir, nə də "andiçmə mərasimi" keçirmək üçün qalxdıqları Şuşa. Bu saat oralardan dron səsi gəlir deyə, "qədim erməni millətinin qəhrəman və fədakar oğulları" qaçıb İrəvana toplaşıblar. Salamatı budur. Bunlar "seçilmiş adamlar"dır axı, "ağ ermənilər"dir, kasıb Arakelin, Mkrtıçın oğulları kimi özlərini niyə güdaza versinlər.
Belə daha yaxşıdır, təhlükəsizdir, otururlar İrəvanın mərkəzindəki səliqəli kabinetdə, təmiz masaların arxasında, "erməni xalqının gələcəyini, təhlükəsizıliyini" düşünür, vəziyyətdən çıxış yollarını müzakirə edirlər. Əllərindən gələn yeganə iş arada Xankəndi və əldə qalan yaşayış məntəqələrindəki bunkerlərdə gizlənən "azatmarik"lərlə əlaqə saxlayıb, "möhkəm durun, yaxın günlərdə cəbhədə dönüş olacaq" deyə-deyə ölümə tərk edilmiş əsgərlərə ümid vermək və möcüzə gözləmədir.
Beş-altı gündən sonra bunlar özlərinə "mühacirətdə olan artsax hökuməti" adı qoyacaq, beynəlxalq status qazanmaq istəyəcək, qüdrətli dövlətlərin, beynəlxalq təşkilatların zəhlələrini tökəcəklər.
Heç kəs də bu "mühacir hökumət"dən soruşmayacaq ki, işğal etdiyiniz Azərbaycan rayonlarında dağıtdığınız, talan etdiyiniz 50 milyardlıq mal-mülk, sərvət necə olsun bəs, onu ödəməyi düşünürsünüzmü.
Biz isə gərək bu "mühacir hökumət"in başbilənlərinin bircə-bircə ələ keçirib hərbi tribunala verək, ya da İsrail hökumətinin Argentinadan tutub gətirib, mühakimə etdiyi hərbi cani Adolf Eyxmanın gününə salaq.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər