Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Paşinyanın xalqın adından sənəd imzalamaq hüququ yoxdur” - Ermənistan Vəkillər Kollegiyasının sədri

Baxılıb: 736     Tarix: 10-11-2020 14:43   

Ermənilərin hələ ki, həzm edə bilmədiyi kapitulyasiya razılaşmasına etirazlar davam edir.
Qanunvehedef.az xəbər verir ki, erməni KİV-lərində Ermənistanın Vəkillər Kollegiyasının (VK) sədri Ara Zöhrabyanın bəyanatı dərc edilib.
VK sədri bəyan edib ki, sözügedən razılaşma beynəlxalq sülh müqaviləsi xarakteri daşıyır: “9 bənddən ibarət sülh razılaşması beynəlxalq müqavilə xarakteri daşıyır. Deməli, baş nazirin onu imzalamaq hüququ yoxdur. Baş nazir xalqın iradəsinin əleyhinə olan belə bir sənədi imzalamaq səlahiyyətinə malik deyil.”
Hüquqşünas iddia edib ki, Azərbaycanın Qərb rayonlarından Naxçıvana yol açılması erməni əhalisinin həmin ərazilərdən istifadə hüquqlarının pozulması anlamı daşıyır. Ona görə də qanunla Paşinyanın təkbaşına belə qərar vermə hüququ yoxdur. O, çıxış yolunu baş nazirin istefasında və razılaşmanının təsdiqlənməməsində gördüyünü bildirib.
Sonda bu sənədin Azərbaycanın maraqlarına uyğun olduğunu deyən VK sədri Rusiyanı da dolayısı ilə təhdid edərək, “inanıram ki, Rusiya erməni xalqının inamını itirmək istəməz”, - deyə qeyd edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar