Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Gürcüstanın XİN başçısı: "Azərbaycanla sülh prosesində əməkdaşlığa hazırıq"

Baxılıb: 832     Tarix: 12-11-2020 11:54   

Gürcüstan bölgədə baş verən prosesləri çox diqqətlə izləyir.
"Report"un yerli bürosu xəbər verir ki, bunu ölkənin xarici işlər naziri David Zalkaliani "İmedi" telekanalına müsahibəsində deyib.
Nazirin sözlərinə görə, Rusiya və Türkiyənin iştirakı ilə razılığın əldə edilməsi Azərbaycan və Ermənistanın seçimi olub: "Tərəflərə hərbi əməliyyatlara qısa müddətdə son qoymaq vacib idi. Bununla bağlı Gürcüstan mövqeyini çox açıq şəkildə ifadə edib. Ümid edirəm ki, bu sülh sazişi tərəflərə bölgədə davamlı sülh yaratmaq imkanı verəcək".
D.Zalkaliani Gürcüstanın sülh prosesindəki rolu ilə bağlı təklifinin qüvvədə qaldığını qeyd edib: "Bu istiqamətdə həm strateji tərəfdaşımız olan Azərbaycan, həm də ən yaxın dostumuz və qonşumuz olan Ermənistanla əməkdaşlığı davam etdirməyə hazırıq".

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar