Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Almaniya daha 6 azərbaycanlını deportasiya edəcək

Baxılıb: 568     Tarix: 18-11-2020 11:10   

Almaniyaya 2016-cı ildə gələrək bu ölkədən sığınacaq istəyən 6 Azərbaycan vətəndaşı deportasiya ediləcək.
Qanunvehedef.az "Report"a istinadən xeber verir ki, ötən gün barələrində könüllü ölkədən çıxmaları ilə bağlı qərar olan Azərbaycan vətəndaşlarının işinə Düsseldorf Şəhər İdarə Məhkəməsində baxılıb.
Məhkəmə Almaniya Əcnəbilərlə İş üzrə Federal İdarəsinin Düsseldorf şəhər şöbəsinin qərarını dəyişməyib. Yekun qərar Azərbaycan vətəndaşları ilə bağlı mövcud prosedurların tez bir zamanda tamamlanması və ölkədən məcburi qaydada çıxarılmaları olub.
Onlar polis müşaiyəti ilə məhkəmə zalından birbaşa Düsseldorf şəhər hava limanının yaxınlığındakı deportasiya mərkəzində yerləşdiriliblər.
Məlumat üçün bildirək ki, Almaniya Miqrasiya və Qaçqınlarla İş üzrə Federal İdarəsi ötən ay ümumilikdə 3 191 nəfərin sığıncaq müraciətini rədd edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar