Donetskdə Rusiyanın nəzarətindəki ərazidə neft anbarı atəşə tutulub - FOTO

Baxılıb: 251     Tarix: 04-05-2022 14:52   

Ukraynanın Donetsk regionunun Rusiyanın nəzarətindəki Makeyevka şəhərində neft anbarını atəşə tutması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə “Donetsk Xalq Respublikası”nın Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, anbarın atəşə tutulması nəticəsində ümumi həcmi 5 min kubmetr olan dörd geniştutumlu yanacaq çəni alışaraq yanıb.
Yayılan görüntülərdə ərazidəki yanacaq daşıyan maşınların da yandığı əks olunub.
Ukrayna Silahlı Qüvvələri ittihama cavab verməyib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar